Qarabağ Qazisinin əfv olunması üçün PREZİDENTƏ müraciət olundu - MƏTN
Yüzlərlə Qarabağ qazisini özündə birləşdirən Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin (AMMVB) Salyan Rayon Şöbəsinin sədri M.H.Rzayev və Biriliyin üzvləri adından “Hürriyyət” qazetinin redaksiyasına müraciət daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən məktub müəllifləri Qarabağ müharibəsi əlili Cabbarov Elşən Mürsəl oğlunun əfv olunmasını xahiş edirlər. Müraciət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Hörmətli Prezident!
44 günlük Vətən Müharibəsi dönəmində və ondan sonrakı vaxtlarda göstərdiyiniz əvəzsiz xidmətlərin sayəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etməklə bərabər, millətimizin qürurunu ləyaqətlə qoruduğuna görə Sizə minnətdarıq.
Son illər Sizin müxtəlif sahələrdə həyata keçirdiyiniz uğurlu islahatlar, Şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına, sadə, kimsəsiz və köməyə ehtiyacı olan şəxslərə göstərdiyiniz diqqət və qayğı nəticəsində bizim həyata olan baxışımız dəyişmişdir.
Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin Salyan rayon şöbəsinin üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili Cabbarov Elşən Mürsəl oğlu Birliyin fəal və aktiv üzvlərindən biridir. O, hətta 2011-ci ildə mənzil növbəsindən imtina edərək, evi olmayan qazilərə ev verilməsində yaxından iştirak etmişdir.
Artıq hər bir şəxs qalib ölkənin vətəndaşı, qalib millətin fərdi olmaqla, eləcə də günbəgün çiçəklənən, inkişaf edən Azərbaycanımızla qürur duymaqdadır.
Sizə müraciət etməyimizə səbəb - torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, 2-ci qrup müharibə əlili Cabbarov Elşən Mürsəl oğlunun himayəsində 4 övladının olmasını nəzərə alaraq, onun əfv olunmasına köməklik etməyinizi Sizdən xahiş edirik.
Cənab Prezident!
Ümidvarıq ki, Sizə ünvanladığımız bu müraciət bir ailənin sevincinə səbəb olacaq.
Sizə öncədən rəhbəri olduğum İctimai Birlik adından dərin təşəkkür edirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2023, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər