Bakıda əsirlikdə olan mayor həbs edildi – Ermənistan MTX
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edən mayor rütbəli hərbçinin saxlanıldığını açıqlayıb.
Açıqlanan rəsmi məlumatda saxlanılan zabitin 2021-ci ilin iyul ayında “Qara göl” adlanan ərazidə əsir düşüdüyü bildirilir.
Məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat üzrə komandir müavini, mayor hərbi rütbəli A.N. pis hava şəraitində “Qara göl” adlanan ərazidə daha bir hərbi qulluqçu A.T. ilə birlikdə “Ural” markalı avtomobillə düşmənin nəzarətində olan əraziyə daxil olub və əsir götürülərək Bakıya aparılıb.
Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən aparılan ibtidai istintaqla müəyyən edilib ki, A.N 2021-ci il sentyabrın 7-dək Bakı şəhərinin cəzaçəkmə müəssisələrindən birində əsirlikdə olarkən xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair yazılı müqavilə imzalayıb:
"Həmin il sentyabrın 7-də A.N Ermənistana qayıdıb və 2021-ci ilin dekabrında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə kommunal əməliyyat xidmətinin rəisi təyin edilib.
İşlədiyi müddətdə xarici xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş A.N. dövlət sirrini xarici xüsusi xidmət orqanlarının nümayəndəsinə təhvil verərək, bununla da Ermənistanın ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib".
Bildirilir ki, erməni zabit qarşı tərəfdən 20 min 200 ABŞ dolları məbləğində pul alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2023, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər