reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cinlər qeybdən xəbər ala bilir?

reklam

Cinlər qeybdən xəbər ala bilir?

















Cinlər yaradılış baxımından insanlardan fərqli olduqları üçün insanların bilmədikləri bəzi şeyləri bilə bilərlər. Buna əsasən, onların qeybi bildiklərini demək yanlışdır. İnsanlara az bir bilgi verilmişdir ki, bunlar da hazır olan bilgilərdən ibarətdir. Bəzən bu cür hazır bilgiləri belə insanlar əldə etməkdən acizdirlər. Cinlərin isə insanlara gizli qalan, ancaq zahirən var olan şeyləri də bilmə qabiliyyətləri var. Həmçinin Cənab Allah (c.c) cinlərə qısa müddətdə uzaq məsafələrə gedə bilmə xüsusiyyəti vermişdir.

Bu haqda Quranda belə buyurulub: “Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar.) Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəmi, 27/39).

Bu o deməkdir ki, cinlər insanlardan daha tez müəyyən hadisələrdən xəbərdar ola bilərlər. Bu cinlərin qeybi bildikləri mənasına gəlmir. Bir Quran ayəsində cinlərin qeybi bilmədikləri, belə bir imkan onlara verilmədiyi barədə belə buyurulmuşdur: “Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar” (Səba, 34/14).

Ayədə xəbər verilən bu hadisə həm keçmişdə, həm də günümüzdə cinlərin qeybdən xəbərlərinin olduğunu zənn edən insanlara bunun əsassız olduğunu xatırladan güclü bir dəlildir. İslamın gəldiyi ilk dövrlərdə müşrik ərəblər cinlərin qeybi bildiklərinə inanır və qeybi öyrənmək üçün onlara müraciət edirdilər. Cənab Allah (c.c) ərəblərin bu inanclarının tamamilə əsassız və yanlış olduğunu bildirmək üçün məhz bu hadisəni həm o dövrün insanlarına, həm də qiyamətə qədərki bütün insanlığa bir dərs mahiyyətində xəbər vermişdir.

Materialist dünya qarşısında görünməyən cin adlı varlıqları qəbul etməkdən utanan bəzi insanlar Həzrət Süleymanın (ə.s) vəfatından xəbər tutmadan onun əmri altında çalışmağa davam edənlərin ətraf bölgələrdə yaşayan qəbilələr olduğunu iddia etmişlər. Ancaq Qurandakı ifadələr o qədər açıqdır ki, cinlərin ətrafdakı qəbilələr olduğunu düşünmək Quranın məna bütünlüyü ilə uyğun gəlmir.

Həzrət Süleyman (ə.s) gecə-gündüz ibadətlə məşğul olurdu. Onun bir əsası var idi. Həzrət Süleymanın (ə.s) şəriətinə görə, əsaya söykənərək ibadət etmək olardı. O da bəzən əsasına söykənərək ibadət edirdi. Günlərin biri o adəti üzrə əsasına söykənərək namaz qılarkən, Cənab Allah (c.c) onun canını aldı. Cinlər də Həzrət Süleymanın (c.c) ibadətlə məşğul olduğunu düşünərək uzun müddət onun əmr etdiyi işdə çalışmağa davam etmiş, onlara çox yaxın bir məkanda baş verən bu hadisədən xəbər tuta bilməmişdilər. Bir mənada Həzrət Süleyman (ə.s) əsaya söykəndiyi üçün bədəni olduğu yerdə qalmış və cinlər onun sağ olduğunu zənn edərək köhnə vəzifə və xidmətlərini davam etdirmişdilər.

Quranda xəbər verildiyi üzrə bir müddət sonra əsasını bir ağac qurdu yeməyə başlamış, əsa qırılaraq Həzrət Suleyman (ə.s) yerə düşəndə hər kəs onun öldüyünü anlamışdı. O vaxta qədər cinlərin qeybi bildiklərinə dair bir ab-hava var idi ki, cinlər məhz bu hissi insanlara yaşatmağa çalışır, insanlara yalan danışmaqla öz üstünlüklərini göstərmək istəyirdilər. Ancaq Quranda xəbər verilən bu hadisə ilə insanlar cinlərin qeybi bilmədiklərini dəqiq öyrənmiş oldular.

Çünki onlar qeybi bilsəydilər, Həzrət Süleymanın sağ olduğunu zənn edərək onun əmri altında çalışmağa davam etməzdilər. Onların sanki bir ağac qurdunun xəbər verməsinə qədər Həzrət Suleymanın əmri və tapşırığı altında işləməyə davam etmələri onların qeybdən xəbərsiz olduqlarının açıq sübutudur. Əslində bu ayə qeybin yalnız gələcəyə aid olmadığına, həmçinin indiki zamanı da əhatə etdiyinə dair bir dəlildir. Yuxarıdakı ayədə: “…Əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar” buyurulduğuna görə, cinlər uzun bir müddət Həzrət Süleymanın (ə.s) vəfatından xəbərsiz qalmış və onun əmri altında çalışmağa davam etmişlər.

Qeyd: Bu yazının hazırlanmasında Necati Karanın “Kuranda Gayb” məqaləsindən və Məvdudinin “Təfhimul-Quran” təfsirindən (Səbə 34/14) istifadə edilmişdir.





Paylaş:


Müəllif : Tarix:
8-03-2023, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər