reklam
Regionxeberlericom.az » Cəmiyyət » ÖZÜN GETDİN KADRLARIN QALDI, XAN... - Naxçıvanda dəyişən NƏSƏ VARMI?

reklam

ÖZÜN GETDİN KADRLARIN QALDI, XAN... - Naxçıvanda dəyişən NƏSƏ VARMI?
















Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası verməsinin 3 ayı tamam olmaq üzrədir. 30 illik bir hakimiyyətdən qalma problemləri 3 ay ərzində aradan qaldırmaq əlbəttə ki, mümkün deyil. Ona görə də ekspertlərə görə, bu proses uzun müddət davam edəcək.

Bildirilir ki, muxtar respublikada xeyli sayda həllini gözləyən problemlər var. İddialara görə, Talıbovdan qalma kadrlar insanların qarşılaşdığı çətinlikləri həll etmirlər, bütün narazılıqları yeni komandanın üzərinə yönəldirlər. Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən getməsindən sonra “köhnə qvardiya” üzvlərinin bəziləri hələ də vəzifələrində qalır. Yada salaq ki, hazırda Vasif Talıbovun səlahiyyətlərini Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov icra edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında göstərilir ki, ali vəzifəli şəxs olan Ali Məclisin sədri dövlət orqanlarının fəaliyyətini koordinasiya edir. Ötən ilin dekabrında yaradılan səlahiyyətli nümayəndənin vəzifə səlahiyyətlərinə daxil olan məsələ isə dövlət orqanlarının fəaliyyətini koordinasiya etməkdir. Yəni Naxçıvanda əsas səlahiyyətli şəxsin Azər Zeynalov, yoxsa Fuad Nəcəfovun olması barədə hələ də suallar var. Səlahiyyətli nümayəndənin təyin olunması heç bir digər strukturla paralellik yaratmadığı da deyilir. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müvafiq rayon icra hakimiyyətləri qalır, amma eyni zamanda Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Amma bugünlərdə Şuşanın icra başçısından “hesab soran” jurnalist Bayram Səfərovun sözügedən şəhərlə bağlı heç bir ciddi qərara qarışmadığının fərqində deyildi... O səbəbdən Naxçıvanda da bu məsələyə aydınlıq gətirmək zərurəti mütləq yaranacaq.

Əslən Naxçıvandan olan AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov qısa müddətdə Naxçıvandakı problemlərin həllinin mümkünsüz olduğunu təsdiqlədi: “Təbii ki, Naxçıvanda Vasif Talıbovun uzun illər idarəçiliyi dövründə yığılıb qalmış problemlərin qısa dövr ərzində aradan qaldırılması mümkün deyil. Şübhəsiz ki, ən vacib və bir nömrəli vəzifə sərt idarəçilik, haqsızlıq və işsizlik ucbatından Naxçıvanı tərk etmiş insanların öz doğma yurdlarına qayıdışının təmin olunması olmalıdır. Bunun üçün isə kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Başqa sözlə desək, iş yerlərinin açılması, müxtəlif yollarla zaman-zaman insanların əlindən alınmış mülklərinin geri qaytarılması, Naxçıvandan didərgin salınmış iş adamları üçün lazımi şəraitin yaradılması, haqsız yerə işdən çıxarılan vətəndaşların hüquqlarının bərpası, ölkənin hər yerində olduğu kimi ASAN və DOST xidmətlərinin açılması, özünəməşğulluq proqramının həyata keçirilməsi, kənd təsərrüfatı, sənaye, turizm sahələrinin inkişafı və s.

Naxçıvanın iqlimi və təbiəti, Türkiyə və İranla sərhəddə olması, nəqliyyat qovşaqlarında yerləşməsi, günəş enerjisinin əldə edilməsi, kənd təsərrüfatının, heyvandarlığın inkişafı üçün əlverişli imkanların olması, regionun mineral xammal ehtiyatları, filiz və qeyri-filiz yataqları, tikinti materialları yataqları, mineral sular, duz və s. ilə zəngin olması Naxçıvanın inkişafı, sənaye sahələrinin açılması və insanların normal yaşayışının təmin edilməsi üçün geniş imkanlar açır. Onu bilirəm ki, problemlərin köklü həllinə nail olunmasa, dəyişən bir şey olmayacaq".

R.Bayramov müsbət məqamlara da toxundu: “Məsələn, Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana aparılan mallar artıq gömrük vergisinə cəlb olunmur. Uzun illər ərzində Naxçıvanda orta və kiçik sahibkarlıqla, ticarətlə məşğul olan insanlar artıq Bakıda topdansatış məntəqələrində aldıqları malları vergi ödəmədən Naxçıvana apara bilirlər. Uzun illər Vasif Talıbovun ailəsinin himayəsində olan şirkətlərin vergidən yayınmaqla Naxçıvana gətirdikləri mallar artıq vergiyə cəlb olunur və dolayısı ilə büdcəyə əlavə vəsaitin cəlb olunmasına imkan verir. Amma yenə deyirəm ki, bunlar kifayət deyil. İnsanlar üçün müvafiq iş yerləri yaradılmayınca Naxçıvan insanı yenə də Türkiyədə ayrı-ayrı şəhərlərdə ucuz işçi qüvvəsi kimi yaşamaqda davam edəcək, Bakıda və ayrı-ayrı şəhərlərimizdə kirayədə qalmaq bahasına olsa belə, işsizlik səbəbindən öz evinə qayıtmayacaq. Yəni başqa sözlə desək, çayxanalarda domino, nərd oynanılmasına icazə verilməsi heç nəyi həll etmir. Problemlərin daha tez şəkildə aradan qaldırılması üçün Naxçıvana sərmayə yatırımlarına ehtiyac var. Yeni iş yerləri açanlar üçün vergi güzəştlərinin tətbiqi, xarici və yerli sərmayənin cəlb olunması üçün addımların atılması lazımdır. Məsələn, Naxçıvanın azad iqtisadi zona elan olunması həmin bölgəyə böyük sərmayə axınına şərait yarada bilər.

Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalova gəldikdə isə o, sadəcə, bir fiqurdur və faktiki heç bir səlahiyyətə malik deyil. O, indi, sadəcə, mərkəzi hakimiyyətdən, yəni prezidentin Naxçıvan üzrə nümayəndəsindən gələn tapşırıqlarla bağlı fəaliyyəti həyata keçirir. Sadəcə, mövcud konstitusiyanın tələbləri pozulmasın deyə bu və ya digər sərəncamlar onun tərəfindən imzalanır. Yəni deməyim odur ki, Naxçıvanda ikili hakimiyyət mövcud deyil. Köhnə kadrlara gəldikdə isə onların təmizlənməsi ilə bağlı müvafiq işlər aparılır. Amma hamını ucdantutma işindən azad etmək də bir yol deyil. Məmurlar sadəcə yuxarıdan gələn tapşırıqları icra ediblər. İndiyə qədər Vasif Talıbov necə deyirdi elə işləyirdilər. İndi normal işləmək tələb olunursa və onlar da üzərlərinə düşən vəzifənin haqqını verirlərsə, qalıb işləməkdə davam edirlər".

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
10-03-2023, 08:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər