reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mayın 1-dən quru sərhədlər AÇILIR?

reklam

Mayın 1-dən quru sərhədlər AÇILIR?


Pandemiya başlayandan Azərbaycanın quru sərhədləri bağlı saxlanılır. Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir. Rəsmi qurumlar səbəbi hələ də koronovirusa yoluxma təhlükəsi ilə əlaqələndirsələr də, bu fikri qəbul edənlər azdı.


Ölkədə epidemioloji vəziyyət stabilləşib və pandemiya bitmiş hesab olunur. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da dünyada pandemiyanın bitdiyini rəsmən elan etdi.


Belə olan təqdirdə Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması həm maraq, həm də təəccüb doğurur.


Maraqlıdır, hava, ölkə daxili dəmiryol və avtobus, eləcə də şəhərdaxili nəqliyyat növləri təhlükəli sıyılmadığı halda, quru sərhədlərdən istifadə olunan ictimai nəqliyyat niyə təhlükəli hesab olunur?


Bunaların biri kütləvi və ictimai məkan sayılmır?


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov Bizim.Media-ya açıqlamasında artıq quru sərhədlərin açılmasını məqbul sayır:


“Hazırkı vəziyyəti nəzərə alsaq, epidemioloji cəhətdən hər hansı bir ciddi təhlükə görünmür”, - deyə o, bildirib.


Məlumat üçün bildirək ki, ictimaiyyətdə mayın 1-də quru sərhədlərin açılma ehtimalı ilə bağlı fikirlər dolaşır. Quru sərhədlər uzun zamandır müzakirə olunduğu üçün artıq sözügedən məsələ ilə bağlı müsbət qərar veriləcəyi bildirilir. Əksər deputatlar da mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edir.


Quru sərhədlərin açılması qarşıdan gələn turizm mövsümü ilə əlaqədar da vacibdir. Ekspertlərin dediyinə görə Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür.


Qeyd edək ki, ölkədə koronavirusla bağlı karantin rejimi mayın 1-nə kimi uzadılıb. Quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.




Paylaş:


Müəllif : Tarix:
11-03-2023, 18:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər