reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Navalnı" filmi "Oskar" aldı, ailəsi səhnədə çıxış etdi

reklam

"Navalnı" filmi "Oskar" aldı, ailəsi səhnədə çıxış etdi

















Kanadalı rejissor Daniel Roerin rusiyalı müxalif siyasi məhbus Aleksey Navalnıdan bəhs edən "Navalnı" filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Oskar" qazanıb.

Filmdə Aleksey Navalnının "Noviçok" maddəsilə zəhərlənməsi, müalicəsi və Rusiyaya qayıtmasından bəhs edilir.

Mükafatlandırma mərasimi zamanı rejissor müstəntiqlər Xristo Qrozev və Mariya Pevçixə, həmçinin Aleksey Navalnının ailəsinə - həyat yoldaşı Yuliya, qızı Dariya və oğlu Zaxara təşəkkür edib.

"Aleksey, dünya sənin vacib mesajını unutmayıb - hamımız diktatorlara və avtoritarizmə qarşı durmaqdan qorxmamalıyıq. Cəsarətinə görə təşəkkür edirəm. Bütün dünya səninlədir. Mən bu mükafatı Aleksey Navalnıya və dünyanın bütün siyasi məhbuslarına həsr etmək istərdim", - Roer deyib.

Daha sonra o Yuliya Navalnayanın da qısa çıxış etməsini istəyib.

"Yoldaşım sırf həqiqəti dediyi üçün həbsdədir. Sırf demokratiyanı müdafiə etdiyinə görə həbsdədir. Aleksey, mən sənin azad olacağın günü xəyal edirəm. Ölkəmizin azad olunacağı günü gözləyirəm. Güclü dur, sevgilim", - deyə Yuliya Navalnaya çıxışında bildirib.

Qeyd edək ki, film "HBO Max" və "CNN Films"in sifarişi ilə çəkilib.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı 2021-ci ilin fevralından həbsdədir.




Paylaş:


Müəllif : Tarix:
13-03-2023, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər