Saatlıda yolu bağlayanlara polis silah tətbiq edib? - Rəsmi açıqlama + Yenilənib
Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.
***16:32
Bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.
Məlumata görə, bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlmiş qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.
Qeyd edilib ki, hazırda araşdırmalar aparılır.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, aksiya zamanı 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.(Yeniavaz.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2023, 19:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər