reklam
Regionxeberlericom.az » Cəmiyyət » Haluk Bilginerin vəziyyəti səhnədə ağırlaşdı, xəstəxanaya aparıldı

reklam

Haluk Bilginerin vəziyyəti səhnədə ağırlaşdı, xəstəxanaya aparıldı

















Ötən gün axşam məşhur türkiyəli teatr və kino aktyoru Haluk Bilginerin vəziyyəti səhnədə pisləşib və o xəstəxanaya aparılıb.

Bu barədə onun sənətçi yoldaşları sosial şəbəkələr vasitəsilə məlumat veriblər.

Qeyd olunub ki, aktyor dünən axşam Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində “Kundakçı” tamaşasını səhnələşdirərkən vəziyyəti ağırlaşıb.

Tamaşaçılar arasında olan həkim aktyora ilk yardımı göstərib.

Daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan aktyor burada müayinə və müalicə olunub.

Bilginerin yüksək təzyiq səbəbindən vəziyyətinin ağırlaşdığı müəyyən olunub.

Bildirilib ki, 69 yaşlı aktyorun səhhəti yaxşıdır.




Paylaş:


Müəllif : Tarix:
14-03-2023, 09:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər