Polis hansı hallarda odlu silahdan və ya rezin güllədən istifadə edə bilər?
Daha əvvəl xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi yaydığı bir neçə məlumatda polis əməkdaşlarına müqavimət gösətərən şəxslərin odlu silahdan istifadə edilərək zərərsizləşdirildiyini bildirib. Bundan əlavə ötən gün Saatlıda su problemləri ilə əlaqədar etiraz edən şəxslərə qarşı isə rezin güllələrdən istifadə edildiyinə dair məlumatlar yayılıb.
Bütün bunlar polis tərəfindən hansı hallarda fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi məsələsini gündəmə gətirib.
Yuxarıda bəhs edilən hallar Polis haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.
Sözügedən sənədin 26-cı maddəsinin birinci hissəsində qeyd edilib ki, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə fiziki qüvvə tətbiq edə bilər.
Maddənin ikinci hissəsində isə vurğulanıb ki, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:
1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;
5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda;
7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qətiimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;
8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda;
9) həbs olunanları müşayiət etdikdə;
10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;
11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə;
12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri).
26-cı maddədə polisin odlu silahdan hansı hallarda istifadə etməsi məsələsinə də toxunulub. Bildirilib ki, polis əməkdaşı bu maddənin II hissəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda ictimai təhlükəli əməl odlu silah işlədilməklə törədildikdə; bu maddənin II hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş hallar olduqda; insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə; şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə; insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda; terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda; 6) odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda; insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə odlu silah tətbiq edə bilər.
Maddədə həmçinin qeyd edilib ki, bu qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. İnsanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir göstərə bilən və ya özünü doğrultmayan yüksək təhlükə mənbəyi olan xüsusi vasitələrin polisin sərəncamına verilməsi qadağandır.
Qanunun 27-ci maddəsində isə fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri qeyd olunub.
Məsələyə münasibət bildirən hüquqşünas Xalid Ağalı Yeniavaz.com-a bildirib ki, burda söhbət iki fərqli məsələdən - polis əməkdaşlarının xüsusi vasitələrdən və odlu silahdan istifadə etməsindən gedir:
“Dəyənəklər, elektroşok cihazları, gözyaşardıcı qazlar, rezin güllələr və sair xüsusi vasitələrə aid edilir. Qanunvericilik hər iki halda həmin vasitə və silahlardan istifadənin ölçülərini müəyyən edir. Hansı hallarda bu vasitələrdən istifadə etmək olar, əsaslar əsasən oxşardır. İnsan həyatına təhlükələr, qiyam, kütləvi iğtişaşlar zamanı polislər onun qanuni tələblərini icra etməyənlərə qarşı xüsusi vasitələrdən istifadə edə bilər. Girov saxlanılan şəxsin azad olunması, müqavimət göstərən şəxsin yaxalanması kimi müxtəlif başqa durumlar da ola bilər ki, polisin xüsusi vasitələrdən istifadəsinə əsaslar yaranmış olsun. Ancaq odlu silah istifadə edilməklə baş verən basqınlar, silahlı müqavimət halları istisna olmaqla, qadınlara, azyaşlılara, yanında azyaşlı olanlara, əlillilərə qarşı xüsusi vasitələrin tətbiq olunması qadağan edilir. Həm də əsas şərt odur ki, polis xüsusi vasitələri yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində tətbiq etməlidir.
Odlu silahlardan istifadə etmənin ölüçləri də oxşardır. Odlu silahdan istifadə edilməsi zərurəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qoruma zamanı yarana bilər. Milli qanunvericiliyin işığında baxdıqda, polis istisna hallarda odlu silahdan istifadə edə bilər. İnsanların həyatına real təhlükə yaradan hərəkətlərin, odlu silah işlədilməklə törədilən qiyam və ya kütləvi iğtişaşların önlənməsi zamanı, polisə silahlı müqavimət hallarında, qaçmış dustağın yaxalanması əmələiyyatı zamanı və sair oxşar durumlarda odlu silahdan istifadə edilə bilər. Ancaq bütün hallarda odlu silahın tətbiqi yaranmış təhlükəyə mütləq mütənasib olmalıdır. Həm də odlu silahdan istifadəyə yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər vasitələrdən istifadə lazımi nəticə vermədikdə icazə verilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2023, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər