"Azərbaycan xalqı hansısa bir məbləğ qarşılığında Vətənini İran rejiminə satmaz" - deputat
Azərbaycanda “Din Pərdəsi” əməliyyatı çərçivəsində təxribat və pozuculuq əməlləri həyata keçirən 32 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış ilahiyyatçılar da var. Maraqlısı budur ki, bu şəxslər cəmiyyətdə özlərini dindar kimi qələmə verib, İranın lehinə təbliğat aparıblar. Azərbaycanda olan dini etiqad azadlığından sui istifadə edən bu şəxslər Azərbaycanda İslam dövləti qurmaq iddiasında olublar. İranın Azərbaycanda “Kərimə” dövləti qurmaq iddiası bunun üçün təbliğat maşınını işə salması çox gülməlidir. Niyə? Çünki Azərbaycanda insanlar dinə inanır, Allaha səcdə edir, amma “dindar” adı altında fəaliyyət göstərib, dini qazanc mənbəyinə çevirib, övladlarına xarici ölkələrdə cah-cəlal yaradan, Azərbaycandan kənara çıxan kimi "Avropalaşan" insanların riyakarlığını görəcək qədər də ağıllıdır. Yəni İran Azərbaycanda İslam dövlətini yarada bilmək üçün türklər demişkən “min bulaqdan su gətirməldir” ki, İranın daxilində olan çaxnaşmalar, insan haqqlarının pozulması bu rejimin ömrünün sona çatdığından xəbər verir. İkiüzlü, riyakar, xain dini oyuncağa çevirən, insanlara həyatda ikən cəhənnəmi yaşadan bir rejimə aldanıb, Azərbaycanda onların təbliğatı ilə məşğul olanların nəyə satıldığı həqiqətən maraqlıdır. Çünki Vətəni pul satıb, o pul ilə çox uzağa getmək olmaz. O pul ilə övlad saxlamaq, həmin övlada dindən-imandan, dürüstlükdən danışmaq mümkün deyil. Cahil desən, cahil deyillər.
Bəs bu insanları satılmağa nə vadar edir? Nə vadar edir ki, yaşadıqları hüquqi bir dövləti, qalib bir dövləti özünü belə idarə edə bilməyən İran mollalarına satırlar? Axı, din İran Mollalarının təlqinləri deyil. Din heç qapanıb, “Allahu Əkbər” deyib insan öldürmək də deyil. Din kütlə arasında narkotik istifadəsini təbliğ etmək də deyil. Din başdan ayağa qara bürünüb kütlə arasında kamikadzelik etmək və yaxud kütlə arasında bomba yerləşdirmək də deyil. Belə başa düşürəm ki, Azərbaycanda bu saxlanılan “dindarların” ya dindən xəbəri yoxdur, ya da, insanları aldatmaq üçün dindən istifadə edirlər. Bu da o deməkdir ki, hər Allah deyənə inanmayıb, hər möizə edənə qulaq asmayacaqsan…
Din və Allah əslində insnaın qəlbində olmalıdır.
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, bu insanların Vətəni satmasına səbəb təkcə maddiyyat deyil. Burada söhbət, təkcə maddiyyatdan getmir. Çünki Azərbaycan xalqı hansısa bir məbləğ qarşılığında Vətənini satmaz, hansısa bir informasiya verməz, informasiya sızdırmaz. Və yaxud maddiyyata görə, kiminsə əlində oyuncağa çevrilməz.
Deputatın fikrincə, həmin şəxslər cəsus şəbəkələrinə bir neçə istiqamətdə cəlb olunur. Adətən onların duyğularından, inanclarından istifadə edilir.
“Məsələn, Vətənə olan sevgi, aşağılayıcı məlumatlar və yaxud hansısa birdəfəlik yardım, müalicə və s. vasitəsilə insanlar cəlb edilə bilir. Onlar ölkədən çıxarılır. Beyinyuma əməliyyatı həyata keçirilir. İnsan ac olanda, yuxusuz olanda və s. bu kimi hallarda ona təsir etmək daha asan olur. İnsanlara qarşı belə manipulyasiya metodlarından istifadə edilir. Və yaxud onları ölkədən çıxarıb, müalicələrini həyata keçirirlər”- deyən deputat vurğulayıb ki, burada ideya məsələsi də var. Belə ki, burada müxtəlif dini cərəyanları bir-birinə qarşı qoyurlar. Əksər hallarda isə, vətənpərvərlik məsələsini ortaya atırlar ki, gələcəkdə İslam dövləti olacaq və s.
Arzu Nağıyevin fikrincə, bu tələyə də əksər hallarda gənclər düşür. “Yəni müxtəlif məsələlər var. Xüsusi Xidmət orqanlarının öz istiqamətləri var. Ola bilsin, bir dəfə hansısa məlumat üçün ödəniş edə bilərlər. Yəni qısası, insanları bu işə cəlb etməyin metodları çoxdur. Bu tələyə çoxları düşür, radikal dini qruplaşmalar yaratmağa, onları silahla təmin etməyə də çalışırlar. Hər bir məsələdə səbəb və məqsəd var. Səbəbləri hamıya məlumdur. Məqsəd isə İslam dövləti yaratmaqdır”,- deyən deputat qeyd edib ki, bu insanlar cahil deyil. Onların arasında kifayət qədər savadlı, ağıllı insanlar da var. Bu insanları cəlb etmək üçün isə, çox ciddi işlər gedir.
P.S. İnsanlar şantaj edilərək, şəxsi həyatlarına müdaxilə edilərək və yaxud öncə, müxtəlif istiqamətlərə məsələn narkotik satışına yönləndirilib, sonra bununla şantaj edilərək, belə şəbəkələrə cəlb edilə bilər. İran rejiminin tələsinə düşmək çox asandır…
Bizimyol. info
Paylaş:
Müəllif : Fuad
Tarix:15-03-2023, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər