reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Maşın alveri edən hərbçi bizi aldatdı, indi də ortada yoxdur”

reklam

“Maşın alveri edən hərbçi bizi aldatdı, indi də ortada yoxdur”














Maşın alqı-satqısı ilə məşğul olan 3 vətəndaş N saylı hərbi hissənin zabiti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

“Qafqazinfo”ya müraciət edən şikayətçilər - Cümayir İsgəndərov, Məhəmməd Əliyev və Rüstəm Mehdiyev bildirib ki, Elmar Səmədov adlı hərbçi onlara baş etibarnamə ilə bir neçə avtomobil satıb. Daha sonra isə etibarnamələr ləğv olunub.

Nəticədə satdığı avtomobillərin yeni sahibləri maşın üzərindəki sahiblik hüququnu itiriblər: “Elmarla yanvarın 8-də Badamdarda maşın bazarında tanış olmuşduq. Həmin vaxt bazara satmaq üçün maşın gətirmişdi. Maşını yoxlatdırdıq, cəriməsi yox, radarı yox, texniki nasazlığı yox, sənədlər qaydasında. Avtomobili alıb qiymətin üzərinə müəyyən qədər qoyub başqa müştəriyə satdıq.

Daha sonra Elmar hər həftə bazara fərqli maşınlar gətirməyə başladı. Mən də ənənəvi qaydada maşını baş etibarnamə ilə alıb satmağa başladım. Təxminən 10-a yaxın maşın aldım. Mənə deyirdi ki, maşınlar hərbçi yoldaşlarınındır. Guya onlar Elmara etibarnamə verirlər, o da maşınları gətirib satır. Bir gün məlum oldu ki, Elmar satdığı avtomobillər üçün etibarnamələri ləğv etdirib. Həmin vaxt təxminən 4 maşının sahibi maşını öz adına keçirib texniki pasport almamışdı. Buna görə də avtomatik olaraq onlar maşının üzərindəki sahiblik hüququnu itirdilər. İndi Elmara zəng çatmır, tapa bilmirik. Onun hərbçi yoldaşları da Elmarın harada olduğunu bilmirlər. Belə başa düşürəm ki, o, hərbçi yoldaşlarından maşınları alıb satacağına və pulu onlara verəcəyinə söz verib. Amma etməyib. Maşınların sahibləri pulu vermədiyini görəndə etibarnamələri ləğv ediblər”.

Ads by 
2
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.


C.İsgəndərov bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib, qarşı tərəf hərbçi olduğu üçün onu hərbi prokurorluğa yönləndiriblər.

Məhəmməd Əliyev də Cümayir İsgəndərovla oxşar şikayətini bildirib. O, Elmarın hərbçi yoldaşlarının toplu şəkildə onunla “razborka”ya gəldiklərini iddia edib: “Mənə qarşı etdiyi dələduzluq əməli 1 maşınla bağlıdır. Maşını alandan bir neçə gün sonra öz adıma keçirmək istədim. Amma baxdım ki, etibarnamə ləğv olunub. İndi maşın həyətdə yatır, nə sürə bilirəm, nə sata. Elmar isə gizlənir. Zənglərə bir xanım cavab verir və onu kimin axtardığına dair məlumat toplayıb Elmara ötürür. Mənə satdığı maşının sahibi, yəni Elmarın hərbçi yoldaşı 10-15 nəfər yığıb üstümə söhbətə gəlmişdi. Maşını geri istəyirdi. Mən də dedim sən pulunu Elmardan tələb elə. Axı mən bu maşını pul verib almışam. Onlar deyir ki, Elmar yoxdur. Belə başa düşdüm, bu ya hərbçilərin qrup şəklində planladığı dələduzluq əməlidir, ya da Elmar həm bizi, həm hərbçi yoldaşlarını aldadıb. Şikayətimizi Sumqayıt Hərbi Prokurorluğuna yönləndirdilər, amma orada da baxan yoxdur”.

Rüstəm Mehdiyev eyni əməllərin Elmar tərəfindən ona qarşı da törədildiyini deyir. Onun sözlərinə görə, Elmar satdığı 4 maşının etibarnaməsini ləğv etdirib: “İndi maşını satdığım adam gəlib yapışıb məndən ki, pulumu qaytar, bu maşını götür. Maşının birinci sahibi də gəlib deyir ki, mən etibarnaməni ləğv etmişəm, pulumu ver. Elmarın harada olduğunu isə ya bilmirlər, ya da demirlər. Hər halda, bu, hərbçidirsə, hərbi hissədən qaçan deyil. Prokurorluğun onu tapıb məsələni araşdırmasını istəyirik”.

Məsələ ilə bağlı Elmar Səmədovun özü ilə əlaqə yaratmağa çalışsaq da, telefon nömrəsinə zəng çatmayıb. Onun yaxın tanışı olan və alqı-satqılar zamanı yanında olduğu deyilən xanım isə bildirib ki, 8-9 gündür ki, onun da Elmardan xəbəri yoxdur.

İddialarla bağlı Respublika Hərbi Prokurorluğuna sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, sözügdən məsələ ilə bağlı müraciət daxil olub və baxılır: “Müraciətlə əlaqədar qanunvericiliyə uyğun bütün tədbirlərin görülməsi təmin olunacaq”.




Paylaş:


Müəllif : Tarix:
17-03-2023, 14:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər