Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı 2023-cü il fevral ayının 1-i vəziyyətinə 10 milyon 131 min 373 nəfər olub.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar ayında qeydiyyat şöbələri tərəfindən 9 935 doğulan körpə qeydə alınıb və 2022-ci ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,9-dan 11,5-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub. Doğulan körpələrdən 296-sı əkiz, 30-u üçəm olub.
Cari ilin yanvar ayı ərzində ölkədə 5 810 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,0-dan 6,8-ə düşüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2023, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər