Azərbaycanda qaz limiti ləğv ediləcək? - Video
Bu ilin sonuna qədər laçınlıların birinci qrupunun öz rayonlarına yerləşdirilməsi planlaşdırılır.
RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Parlamentin plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır.
Baş nazir həmçinin Azərbaycanın Zəngəzur dəhlizi çərçivəsində ərazisində infrastrukturun yaradılması işlərini sürətlə davam etdirdiyini deyib. Baş nazir deyib ki, bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı millət vəkilləri ölkədəki bir sıra problemlərə diqqət çəkiblər və təkliflərlə çıxış ediblər.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədsiz evlərin qeydiyyata alınması məsələsindən danışıb. Bildirib ki, problem illərdir həllini tapmır.
Deputat Vahid Əhmədov süni qiymət artımından danışıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib. Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq, həkim və müəllimlərin təqaüd yaş həddinin istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı.
Millət vəkili Naqif Həmzəyev isə qeyd edib ki, mart ayının başlanmasına baxmayaraq əhalinin böyük qismi hökumətin müəyyən etdiyi qaz limitini keçib və bu da ciddi narazılıqlara səbəb olur. Deputat hökumətə qaz limitinin aradan qaldırılmasını, vahid limitin müəyyənləşdirilməsini təklif edib.
Ətraflı videomaterilı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2023, 22:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər