reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azər Zeynalov həmin pulları Vasif Talıbova çatdırırmış...

reklam

Azər Zeynalov həmin pulları Vasif Talıbova çatdırırmış...















Hesablama Palatası Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində yoxlamalar aparır. Artıq bir həftədi davam edən yoxlamalar süni mayalanma və arıçılıq üzrə fermerlərə ödənilən subsidiyaları əhatə edir.

Ovqat.com-un məlumatına görə, yoxlamalar nəticəsində subsidiyaların ödənilməsində ciddi korrupsiya faktları aşkarlanıb.

Sübuta yetirilib ki, subsidiyaların mənimsənilməsində bu gün Naxçıvana faktiki rəhbərlik edən və Prezidentin səlahiyyətli nümayəndəsini belə incə hiyləgərliyi ilə istədiyi istiqamətə yönləndirən Azər Zeynalovun xüsusi rolu olub. İddialar inansaq, Azər Zeynalov illərdir fermerlərə ödənilməli olan ödənişlərin ayrı ayrı şəxslərin hesabına köçürülərək bir yerə toplayıb Vasif Talıbova çatdırırmış.

Faktlar əsasında araşdırma aparan auditlər muxtar respublikanın fərqli yerlərində olub və sahibkarlara ödənilən subsidiyaları arı yeşiklərini saymaqla yoxlayıblar.

O da bildirilir ki, subsidiyaların mənimsənilməsində Azər Zeynalovun əsas köməkçisi Naxçıvan MR Dövlət  Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov olub. Vəli Novruzovun bu vəzifəyə gətirilməsi də təsadüfi deyilmiş. Sən demə, Vəli Novruzov Naxçıvan Havalimanının  rəisi Mənşur Gülməmmədlinin iki tərəfli qohumu imiş. Həm o, Mənşur Gülməmmədlinin, həm Mənşur müəllim onun həm yeznəsi, həm qaynı imiş. Yəni Mənşur müəllim Vəlinin, Vəli də onun bacısı ilə ailə həyatı qurub həm qohumluqlarını, həm də vəzifələrini qarantiya altına alıb.





Paylaş:


Müəllif : Tarix:
19-03-2023, 21:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər