reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xankəndiyə qayıdışla bağlı SON DƏQİQƏ açıqlaması

reklam

Xankəndiyə qayıdışla bağlı SON DƏQİQƏ açıqlaması















“Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağla bağlı bir neçə tapşırıq verib:

- “Qarabağda “soyqırımı”n qarşısını almaq üçün BMT mexanizmlərinin işə salınması məsələsi qaldırılsın. Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının gətirilməsi üzərində iş davam etdirilsin”;

- Ermənilərin “Hadruta, Şuşaya, Xocavəndə, Ağdərəyə, Laçına və Çaykəndə qaytarılması məsələsini BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə müzakirə etsin”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. 

Siyasi şərhçinin sözlərinə görə, onların birinci istəkləri hüquqi və siyasi baxımdan mümkün deyil:

“ - Qarabağ Azərbaycan ərazisidir və rəsmi Bakının razılığı olmadan heç bir faktaraşdırıcı missiya bölgəyə gətirilə bilməz;

- BMT-nin mexanizmlərinin işə salınması Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır. TŞ-də Azərbaycanı dəstəkləyən ölkələr var, o cümlədən, Rusiya mövcud olduğu bölgəyə kənar müdaxiləyə razı olmadığı üçün buna veto qoya bilər;

İkinci istəkləri azərbaycanlıların da Xankəndiyə qayıtması deməkdir:

Nikol ermənilərin azad olunmuş ərazilərə qaytarılmasını 10 noyabr razılaşmasına istinadən irəli sürür: bəyanatın 7-ci bəndində qeyd olunur ki, “daxili məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu bənd azərbaycanlıların Xankəndiyə qayıtmasını da özündə ehtiva edir.

Rəsmi İrəvan anlayır ki, hər iki istəklərini reallaşdırmaq çətindir, buna baxmayaraq, Paşinyan israr edir. Bu israrın hədəfi Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, onlar üçün daha əlverişli şərtlərin yetişməsinə qədər gözləməkdir. 30 ilə yaxın davam edən işğal dövründə bu taktikadan istifadə edirdilər və vəziyyət yalnız gücdən istifadə etdikdə dəyişdi. İndi eyni taktikanı işə salıblar”.





Paylaş:


Müəllif : Tarix:
20-03-2023, 16:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər