reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Deyirlər ki, Erkinə tapşırıblar deyə belə deyib..." - Video

reklam

"Deyirlər ki, Erkinə tapşırıblar deyə belə deyib..." - Video

















"Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb, amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var. Və ola bilər ki, əksinə olub - seçki demokratikdir, amma hansısa dairələrdə saxtakarlıq olub".

Bu barədə deputat Erkin Qədirli İTV-də yayımlanan "3 D" verlişinin aparıcısı Dadaş Dadaşlinskinin "Demokratik olmayan seçki və saxta seçki arasındakı fərqi izah edə bilərsiniz?" sualına cavab verərkən deyib.

Millət vəkili bir müddət öncə müzakirələrə səbəb olan müsahibəsinə aydınlıq gətirib:

"Mən dedim ki, seçkini udmağa gəlincə, çox adam iddia edə bilər ki, seçkini udub. O cümlədən, mən. Protokollar var, sənədlər, səslər, rəylər var. Amma bu özlüyündə yetmir. Rəqabət mühiti daha güclü olsa, media azadlığı daha geniş olsa, maliyyə azadlığı daha çox olsa və bir sıra başqa rəqabəti doğuran şərtlər olsa, seçkilərin nəticəsinin necə olacağını kimsə deyə bilməz. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir. Bu mövzu bu qədər hay-küyə səbəb olmamalıydı. Mən hər şeyi xoş niyyətlə edirəm. Gələcəkdə daha yaxşı seçkilərin keçirilməsi üçün deyilmiş bir sözdür. Özü də bu sözü mən dəfələrlə demişəm. Bu dəfə niyə belə partladı, bilmirəm.

Qıraqdan görürəm, kimisi deyir ki, Erkinə tapşırıblar deyə belə deyib, kiməsə arxalanıb deyib, nəyinsə anonsunu deyib. Boş söhbətlərdir. Elə şey yoxdur. Amma eşitmədim biri desin ki, bəlkə ölkə yaxşılığa doğru dəyişir deyə, artıq belə sözü deputat rahatlıqla deyə bilir".

Daha ətraflı videomaterialda:




Paylaş:


Müəllif : Tarix:
28-03-2023, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər