“Hazırda 160 bağça müdiri vəzifəsi boşdur” - Nazirlik
“Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.
"Report"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən dövlət məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 100-dən artıq tərbiyəçi-müəllim Bakıda və bölgələrdə işlə təmin olunub:
“Yaxın zamanlarda bağça müdirlərinin müsabiqə əsasında işə qəbulu elan olunacaq. Hazırda təxminən 160 bağça müdiri vəzifəsi vakantdır”.
Qeyd edək ki, Prezidentin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2023, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər