reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhminə Zaurdan danışdı: “Hamı elə bilir biz...“

reklam

Təhminə Zaurdan danışdı: “Hamı elə bilir biz...“















Təhminə rolu ilə Azərbaycanda məşhurlaşan türkiyəli aktrisa Meral Konrat illərdir tərəf müqabili Fəxrəddin Manafovla danışmadığını deyib.

O, bu barədə moderator.az-a açıqlamasında deyib:

"Təxminən 1 ay əvvəl "Elçilik" filminin çəkilişləri üçün Bakıya gəldim. Hər kəs məndən Fəxrəddinə bəslədiyim münasibəti soruşur. Hamı elə bilir ki, biz hələ də danışmırıq. Mən tərəfdən heç bir problem yoxdur, inanıram ki, onda da elədir. Çox istərdim ki, Bakıya gələndə onunla görüşüm. Bilirəm ki, çox məşğul bir insandır. Nömrəsini itirmişəm. Yəqin ki, o da mənim telefon nömrəmi itirib. İtirməsəydi inanmıram ki, bu illər ərzində mənimlə əlaqə saxlamasın. Sizin vasitənizlə Fəxrəddinə müraciət edib, ona "əziz dostum, səni çox istəyirəm" demək istəyirəm. İnanıram və ümid edirəm ki, bu dəfə Azərbaycana gələndə onunla görüşəcəm". 




Paylaş:


Müəllif : Tarix:
31-03-2023, 10:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər