Qadın müəllim direktorla dalaşdığı üçün özünü bıçaqlayıb?
Qubada orta məktəb müəllimi intihara cəhd edib.
Rayonun Birinci Nügədi kənd sakini olan 47 yaşlı M.A. evdə özünə bıçaqla xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, M.A. İkinci Nügədi kəndində yerləşən 3 saylı orta məktəbdə müəllim işləyir.
Bildirilir ki, hadisədən əvvəl M.A ilə işlədiyi məktəbin direktoru arasında dava-dalaş olub. Bu səbəbdən direktor müəllimdən polisə şikayət edib və Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində ötən gün M.A polis şöbəsinə dəvət edilib. Bundan sonra müəllim yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək”.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2023, 22:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər