reklam
Regionxeberlericom.az » Cəmiyyət » “44 günlük müharibədə 11 min fərarimiz olub” - Paşinyanın həyat yoldaşı

reklam

“44 günlük müharibədə 11 min fərarimiz olub” - Paşinyanın həyat yoldaşı

















“44 günlük müharibə zamanı bizdə 11 min fərari olub”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 44 günlük müharibədə həlak olan David Şahnazaryanın doğum gününə həsr olunmuş tədbirdə deyib.

 “Biz Davidi və 4000 nəfəri itirdik, çünki çoxları getmədi. Çünki müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar bu çağırışa qoşulamdılar. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı”.

Ermənistan parlamentinin deputatı Qeqam Manukyan A. Akopyanı bu sözlərinə görə “şeytan” adlandırıb.

Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb:

“Bu gün bir şeytan, təkrar edirəm, bir şeytan bütün ölkənin ordusunu fərarilikdə günahlandırdı”.




Paylaş:


Müəllif : Tarix:
2-04-2023, 10:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər