reklam
Regionxeberlericom.az » Cəmiyyət » DSX-ni 5 minə görə məhkəməyə verən şirkət 100 minlik tender uddu

reklam

DSX-ni 5 minə görə məhkəməyə verən şirkət 100 minlik tender uddu

















Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiyasının keçirdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Ümumi dəyəri 103 min 2 manat 11 qəpik olan tender müsabiqəsinin qalibi “Palladium Defence and Security Solutions” MMC (VÖEN – 3101358681) olub.

Qalib şirkət Milli Qvardiyaya qol nişanları, emblemlər və döş tikmələri satacaq.

Məlumat üçün bildirək ki, “Palladium Defence and Security Solutions” MMC şirkəti 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 200 min manat olan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Ş Qurbanov, ev 73A ünvanında yerləşir. Qanuni təmsilçisi Ələkbərzadə Samir Fərhad oğludur.

Qeyd edək ki, şirkət Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində fəaliyyət göstərir. Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır. Əsas müştəriləri Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanlarıdır.

Onu da bildirək ki, "Palladium Şirkətlər Qrupu"na "Palladium Defence and Security Solutions" MMC, "Palladium Defence and Security Service" MMC (Palladium Müdafiə və Mühafizə Xidməti), "Palladium Defence and Security Equipment" MMC (Palladium Müdafiə və Təhlükəsizlik Təchizatı), "Palladium Marine Engineering Service" MMC (Palladium Dəniz Mühəndisliyi Xidməti) və "Palladium Firearms Service Center"(Palladium Odlu Silahların Təmiri Mərkəzi) şirkətləri daxildir.

2022-ci ildə “Palladium Defence and Security Solutions” MMC tərəfindən istehsal olunan 5.56 mm çaplı “Grey Wolf” ("Boz Qurd") markalı avtomatlar və yeni nəsil dəbilqələr Daxili Qoşunların istifadəsinə verilib. Şirkətə məxsus “greywolf.az” portalından onlayn satışlar da həyata keçirilir.

Bu günə kimi dövlət qurumlarının keçirdiyi və dəyəri milyonlarla manat olan onlarla tender müsabiqəsinin qalibi olan “Palladium Defence and Security Solutions” MMC 2021-ci ildə Dövlət Sərhəd Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb. MMC tenderin baş tutmaması səbəbindən iştirak haqqı kimi ödədiyi 5 min 50 manat məbləğin geri qaytarılması tələb edib. Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi iddianı ləğv etdikdən sonra şirkət məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.




Paylaş:


Müəllif : Tarix:
4-04-2023, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər