reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda siyasi partiyaların gəlir və xərcləri - Tam siyahı

reklam

Azərbaycanda siyasi partiyaların gəlir və xərcləri - Tam siyahı

















Açıqlanan məlumata görə bu günə kimi Azərbaycanda 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın (cədvəldə qırmızı fonda göstərlib) YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib: 
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası 
- Milli Qurtuluş Partiyası 
- Azərbaycan Xalq Demokratik Partiyası 
- Azərbaycan Milli Hərəkat Partiyası 
- Azərbaycan Kəndli Partiyası 
- Azərbaycan Yurddaş Partiyası
Bunlardan başqa, bu günə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı (cədvəldə qırmızı fonda göstərlib) ləğv olunub.
Ötən il Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası adını dəyişərək “Yeni Yol” Partiyası adlandırıb.
Mərkəzi Seçki Komissiyasından açıqlanan məlumata görə hazırda dövlət qeydiyyatından keçən 59 siyası partiyadan 37-i ötən il üçün maliyyə hesabatı verib. 22 partiyanın maliyyə hesabatı (cədvəldə “-” ilə göstərlib) təqdim edilməyib.
Maliyyə hesabatı təqdim edən 37 partiyadan 18-nin heç bir maliyyə göstəricisi (cədvəldə “0” ilə göstərlib) olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.
Maliyyə göstəricisi olan 18 siyasi partiyadan 10-u (cədvəldə yaşıl fonda göstərilib) Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.
Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Hesabatların verilməsi üçün təyin olunan son tarixdən artıq 4 gün keçib.
18 siyasi partiya arasında yalnız 6-nın - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası və Respublika Alternativ (REAL) Partiyasının üzvlük haqqı topladığı bildirilir.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb - 22 milyon 978 min 154 manat.





Paylaş:


Müəllif : Tarix:
4-04-2023, 15:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər