reklam
Regionxeberlericom.az » Cəmiyyət » Fazil Mustafanın güllələnməsi məsələsi ABŞ təşkilatlarının hesabatında...

reklam

Fazil Mustafanın güllələnməsi məsələsi ABŞ təşkilatlarının hesabatında...

















ABŞ-ın Kritik Təhdidlər Layihəsi və Müharibə Araşdırmaları İnstitutu (ISW) İran ətrafında cərəyan edən hadisələrlə bağlı 5 aprel tarixində birgə hesabat yayıb.

Hesabat Kritik Təhdidlər Layihəsinin rəsmi saytında dərc edilib.

İranda baş verən proseslər və bu ölkənin qonşu ölkələrlə cərəyən edən münasibətlərinin təhlil olunduğu hesabatda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın güllələnməsi məsələsinə də toxunulub.

"İran parlamentinin 210 üzvü Azərbaycanın İsraildə yeni açılan səfirliyini pisləyən bəyanat imzalayıb. Bəyanatda Azərbaycan səfirliyin açılmasının onun üçün çoxlu “mənfi siyasi nəticələr”i ola biləcəyi ilə hədələnir. Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nəsir Kənani İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla İranı müzakirə etməsini pisləyib. Kənani Azərbaycanın “düşmən münasibətlərinin tələsinə düşməməsinin” gözlənildiyi barədə xəbərdarlıq edib və əlavə edib ki, İran İsrail-Azərbaycan əlaqələrinin yaxşılaşmasına biganə qala bilməyəcək. Aprelin 3-də təsdiqlənməyən xəbərlərdə ayrıca qeyd olunub ki, Azərbaycan təhlükəsizlik xidmətinin martın 28-də azərbaycanlı deputat Fazil Mustafanı güllələdiyinə görə həbs etdiyi dörd şəxsdən üçü İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Kritik Təhdidlər Layihəsinin daha əvvəl xəbər verdiyi kimi, bir neçə azərbaycanlı parlamentari hücumda İranı əlavə olaraq günahlandırıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də Bakıda yaşadığı evinin qarşısında güllələnib. Aprelin 3-də yerli mətbuatda İlkin Süleymanov adlı şəxsin deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılmasına dair məlumat yayılıb. O, mətbuatda İranın Azərbaycandakı casus şəbəkəsinin üzvü kimi təqdim edilib. İ.Süleymanovun yaxınları isə, onun haqqında səsləndirilən ittihamları rədd ediblər. Aprelin 4-də isə deputat qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
6-04-2023, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər