Saakaşvili yataq xəstəsi ola bilər
"Daha artıq çəki itirəcəyi təqdirdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili zəiflik və əzələlərin qopması riski səbəbindən tamamilə yataq xəstəsi olacaq".
Belə bir bəyanatla ölkənin xalq müdafiəçisi Levan İoselianinin təyin etdiyi həkimlər şurası çıxış edib.
Xəstənin müayinəsindən sonra yayılan açıqlamada eks-prezidentin hazırda 60 kq-a yaxın çəkisinin olduğu qeyd edilib. Şura üzvləri vurğulayırlar ki, xəstənin boyu üçün (195 sm) olan kritik çəki həddi 52-53 kq-dır. Bundan sonra bədəndə geri dönməz dəyişikliklər başlayacaq.
Şuranın həkimləri həmçinin məlumat veriblər ki, xəstəyə sarkopeniya, 4-cü dərəcəli kaxeksiya, ayağa qalxanda təzyiqin aşağı düşməsi, əqli funksiyaların əhəmiyyətli dərəcədə azalması və depressiya diaqnozu qoyulub. Mixeil Saakaşvili təkbaşına palatada hərəkət edə bilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2023, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər