reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Elza Seyidcahan məni təhqir etdi, pulumu vermədi, hamıya 500 manat borcu var...” - İTTİHAM

reklam

“Elza Seyidcahan məni təhqir etdi, pulumu vermədi, hamıya 500 manat borcu var...” - İTTİHAM

















“Neçə gündür gözləyirəm ki, bəlkə Elza xanım dinə-imana gələr, pulumuzu qaytarar. Gördüm ki, xeyri yoxdur. Telefonu götürüb mesaj yazdım. Mesajdan sonra mənə özü zəng etdi. Normal danışdı, sonra qəfildən başladı pis danışmağa. Məni təhqir edib, telefonu üzümə söndürdü. Konsert proqramı mart ayının 28-də baş tutub, o vaxtdan bu günə qədər pulumuzu qaytarmır. Hər musiqiçiyə 500 manat borcu var. Ansambılda 15 nəfərə qədər şəxs var idi. Xor da, rəqqaslar da var idi. Demişdi ki, bu həftə yollayacam pulu. Mən də 6-cı gün səfərə gedirəm, ona görə xahiş etdim ki, bir az tez yollayın”.

RegionXəbərləricom.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış kamança ifaçısı Elnur Salahov deyib.

“İstərdim ki, bu cür müğənniləri hamı tanısın. Xanıma yaraşmayan sözlər dedi mənə. Dedi ki, “sırtıqlığına salıb özün gəldin”. Məni açıq-aşkar təhqir etdi. Ona dedim ki, məni təhqir etməyin. Halbuki konsertdən öncə demişdi ki, “gəlin məşqlərimizi edək, tar və kanon çalan filankəsləri danış, hörmətinizi edəcəm”. Dilindən də çıxmışdı ki, 500 manat pul verəcəm. Ona arxayın olub, 2 ay sərasər məşqlərində çıxış etmişəm. İndi deyir ki, pulum yoxdur, səninlə pul danışmamışam. Birinci dəfədir ki, belə bir insanla qarşılaşıram. İnsan deməyə də dilim gəlmir. Mədəniyyət işçisi, əməkdar artist olan biri məni təhqir edir” deyə musiqiçi bildirib.

Qeyd edək ki, əməkdaşımızın Elza Seyidcahandan barəsində səsləndirilən ittihama münasibət bildirməsi üçün etdiyi çoxsaylı cəhdlər nəticəsiz qalıb.





Paylaş:


Müəllif : Tarix:
7-04-2023, 12:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər