reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Məsciddə hərə öz dilində namaz qılsa, Quran oxusa...“ - Deputatın rəyi

reklam

“Məsciddə hərə öz dilində namaz qılsa, Quran oxusa...“ - Deputatın rəyi















Məscidlərdə, dini ibadət yerlərində ərəbcə yazılan şüarların, ayələrin Azərbaycan dili ilə əvəz edilməsi təklif olunur. Əksəriyyət ərəbcə yazılanların mənasını anlamır. Ona görə ya tamamilə Azərbaycan dilinə tərcümə edilməli, ya da ərəb dili ilə yanaşı, Azərbaycan dilində anlamı yerləşdirilməlidir.

RegionXəbərləricom.az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə buna münasibətini bildirib.

“Məscidlərin inşası dönəmində divarlarına ərəb hərfləri ilə ayələr yazılması təbii məsələdir. Həmin dövrlərdə ərəb hərflərindən istifadə edilirdi. Məscidlərdə ərəbcə yazılan bəzi yazılarda məscidin inşa tarixi, onu tikən şəxslərin adları, eyni zamanda ayələr həkk olunur.

Həccə gedib gələn şəxslər tərəfindən də bəzi məscidlərə şüarlar, müəyyən sözlər yazılan çərçivələr hədiyyə edilir. Bunlar ərəb ölkələrindən gətirilirsə, ərəb dilində olmalıdır. Amma bəzi məscidlərdə rast gəlmişəm ki, ayələr ərəbcə yazılsa da, arxasında Azərbaycan dilində tərcüməsi olur. Çünki ərəb dilindən tərcümə edə bilən böyük alimlər, savadlı gənclərimiz var.

Məscidlərdə başqa bir dövlətin atributlarının, bayraq şəklində şüarların və s. olmasını istəməzdim, ölkəmizə aid atributlar olsa, daha yaxşı olar”.

C.Paşazadə məscidlərdə tamamilə Azərbaycan dilində yazılardan istifadə olunması təklifinə isə belə münasibət bildirib:

“Tam Azərbaycan dilində olması barədə nəsə deyə bilmərəm. Bir müddət əvvəl də fikirlər söylənildi ki, namaz Azərbaycan dilində qılınsın, Quran da ərəbcə oxunmasın.

Hələ neçə illər əvvəl qardaş Türkiyədə böyük alimlər namazın türk dilində qılınmasını istəyirdilər, amma nəticəsi olmadı. Bu, mənim sahəm deyil deyə dəqiq nəsə deyə bilmirəm. Məscidlərdə toplu şəklində cümə namazları qılınır, ayələr oxunur. Məsciddə hərə öz dilində namaz qılsa, Quran oxusa, pişnamaz hansı dildə oxuyacaq?

Dövr dəyişdikcə Azərbaycan dilində Quran tərcümələrinin də mənası dəyişir. 20 il əvvəl tərcümə olunan Quran bu gün bir az başqa cür tərcümə olunur. Çünki insanların elmi, savadı, dil bilikləri daha da təkmilləşir. Ona görə də ərəb dilindən tərcümədə səhvlərin olması təbiidir. Quran həm rus, fransız, həm özbək, qazax, türk və s. dillərə də tərcümə olunur. Hər dilin öz leksikonu, oturuşu var. Əsas mənbə isə Quranın ərəbcə olan formasıdır”.


 




Paylaş:


Müəllif : Tarix:
8-04-2023, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər