reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hicran Rüstəmovun həbs müddəti uzadıldı

reklam

Hicran Rüstəmovun həbs müddəti uzadıldı

















Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində həbs qətimkan müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxıb.

RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Hicran Rüstəmov ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
8-04-2023, 19:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər