reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Şahin Bağırov təsdiqlənənə kimi, elə göstərdilər, guya hər şey yaxşıdır, sonra oyun başladı..." - Video

reklam

"Şahin Bağırov təsdiqlənənə kimi, elə göstərdilər, guya hər şey yaxşıdır, sonra oyun başladı..." - Video

















İş adamı Ramil Aslanov ondan qanunsuz ödənişlər tələb edilməsini əsas gətirərək Bakı Baş Gömrük İdarəsinin qarşısında etiraz edib.

Yeniavaz.com “Time TV”yə istinadla xəbər verir ki, iş adamı ondan yüksək və qanunsuz gömrük rüsumu tələb edildiyini bildirir.

O deyir ki, gətirdiyi məhsulun dəyəri yerli bazarda 1,8 manat olsa da, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları bu rəqəmi 6 dollar olaraq hesablayıblar. Bundan sonra R. Aslanov məhsulu gətirdiyi ölkəyə - Çinə qaytarmaq qərarına gəlib. Lakin o iddia edir ki, bütün sənədləşdirmə prosesini tamamlasa da, hətta ona öz məhsulunu geri qaytarmağa belə icazə verilmir.

İş adamı deyir ki, neçə illərdir bu problemi yaşayır.

"Təzə kollektiv gələnə kimi, qapını açıq qoydular, Şahin müəllim (Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri) təsdiqlənənə kimi, göstərdilər ki, guya hər şey yaxşıdır, təsdiqlənən kimi yenə də oyun başladı, ondan beş betər..."

O həmçinin iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin daxilində aparılmalı olan sənədləşdirmə prosesləri, qeyri-qanuni əməllərə görə yaxınlıqdakı yardımçı tikiliyə köçürülüb.

R. Aslanov sözügedən tikiliyə də gedərək öz etirazını bildirib.

“Elmir müəllim buranı bazara döndərib. Mənə deyir ki, 37 mindi, gəl bunu bölək 2 yerə, yarısını ödə, çıx get”.

Həmin kadrları “Azad öz” yayıb:




Paylaş:


Müəllif : Tarix:
9-04-2023, 10:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər