5 nazirin məsul olduğu müsabiqənin saytı çökdü - Foto
Prezident Administrasiyasının bir şöbə müdirinin, 5 nazirin və nazir müavinlərinin məsul olduğu "Yüksəliş” müsabiqəsinin saytı çöküb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
“Bu gün müsabiqənin onlayn sınaq imtahanı keçirilməliydi.
Lakin müsabiqənin rəsmi saytı çökdüyündən sınaq imtahanında iştirak etmək mümkün olmayıb.
Müsabiqə təşkilatçıları tərəfindən idarə olunan bu resurs cəmi 10-15 min onlayn iştirakçının müraciətlərinə tab gətirməyib, yüklənmə olub və resursun fəaliyyəti dayandırılıb.
Xatırladıram ki, bu nüfuzlu müsabiqə Prezidentin 2019-cu ildə imzaladığı Sərəncam əsasında keçirilir.
Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Kadr bankı üzrə nüfuzlu bir dövlət platformasıdır.
Hər il 1 milyon manat müsabiqənin təşkili üçün dövlət vəsaiti ayrılır.
Müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, “Yüksəliş” İşçi Qrupunun rəhbəri isə gənclər və idman nazirinin müavini Fərhad Hacıyevdir.
Prezident sərəncamı ilə formalaşdırılan Təşkilat Komitəsində 5 nazir təmsil olunur.
Düşünürəm ki, bu cür nüfuzlu və cəmiyyətin diqqət mərkəzində olan, Prezident sərəncamı ilə gerçəkləşdirilən müsabiqənin yüksək səviyyədə təşkili üçün atılan addımlar yetərli olmayıb.
Yetərincə vəsait ayrılmasına baxmayaraq, görünür ki, təşkilatçılar hazırlıq prosesini düzgün qura bilməyiblər.
Düşünürəm ki, təşkilatçılar müsabiqənin onlayn resursunun dayanıqlığı və təhlükəsizliyi ilə bağlı öncədən İT təhlükəsizlik sahəsində səlahiyyətli qurumlara, peşəkar şirkətlərə müraciət etməliydi. Ciddi testlər olmalıydı.
Maraq dairəsində olan bir müsabiqə olduğundan saytı kiberhücumlardan qorumaq üçün də zəruri addımlar atılmalıydı.
Baş verənlər isə onu göstərir ki, müsabiqənin əsas platforması olan saytın təhlükəsizliyinə yetərli diqqət göstərilməyib, öncədən testlər keçirilməyib və audit olunmayıb.
Bununla da dövlət əhəmiyyətli bir layihəni reallaşdırmaqda problemlər yaşanıb.
Fikrimcə, səlahiyyətli qurumlar kiberhücumla bağlı məsələni da araşdırmalıdırlar.
Ümid edirəm təşkilatçılar məsul şəxslərdən hesabat tələb edəcəklər, məsələ araşdırılacaq və təqsirkarlar barədə tədbir görüləcək”, - O. Gündüz bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2023, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər