reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Bizə aprelin 5-də yoxa çıxdığını demişdilər" - İtkin düşən hərbçinin dayısı

reklam

"Bizə aprelin 5-də yoxa çıxdığını demişdilər" - İtkin düşən hərbçinin dayısı

















Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yolu itirərək azması barədə məlumat yayıb. Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü əlavə edib.

Meydan TV-nin araşdırması nəticəsində hərbçilərin Aqşin Bəbirov və Hüseyn Axundov olduğu ortaya çıxıb.

Bildirilib ki, onlar aprelin 5-də itkin düşüb.

Aqşin Bəbirovun dayısı Yaşar Musayev deyib ki, hərbçilər aprelin 5-də Ermənistan ordusuna əsir düşüblər:

“Bizə 5 gün əvvəl, aprelin 5-də axşam hər iki hərbçinin postda yoxa çıxdığını demişdilər. Məlumat alanda rəsmi qurumlar itkin düşdüklərini söylədilər, onda cavab verdik ki, Naxçıvan kiçik yerdir, bəs niyə tapılmır. Sadəcə, dedilər ki, narahat olmayın, oğlunuz yaşayır”.

Yaşar Musayev hərbçilərin əsir götürülməsi haqda video material əldə etdiklərini də deyib.

O, hazırda hərbçilərin valideynlərinin Müdafiə Nazirliyində olduğunu bildirib.

Qeyd olunub ki, Aqşin Bəbirov Suraxanı, Hüseyn Axundov isə Lənkəran rayonundan hərbi xidmətə çağırılıblar.

Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi bu gün hərbi qulluqçularımızdan birinin saxlanlıaraq həbs olunması barədə məlumat yayıb.

Erməni mətbuatında və sosial şəbəkələrdə hərbçimizin Ermənistanda çəkilmiş kadrları da yayılıb.





Paylaş:


Müəllif : Tarix:
10-04-2023, 15:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər