reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dörd yaşlı Məryəmi öldürüb quyuya atan şəxsə hökm oxundu

reklam

Dörd yaşlı Məryəmi öldürüb quyuya atan şəxsə hökm oxundu















Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Mehman Mansurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 






Paylaş:


Müəllif : Tarix:
10-04-2023, 15:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər