reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ Zelenskiyə qarşı gizli casusluq edirmiş - Hesabat

reklam

ABŞ Zelenskiyə qarşı gizli casusluq edirmiş - Hesabat















Pentaqondan sızma nəticəsində ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı casusluq etdiyini göstərən sənəd yayılıb.

Zelenskinin çevrəsi casusluq faktını qəribə hesab etmir, lakin informasiyanın sızmasından məyusdur.

ABŞ-ın kəşfiyyat hesabatında Zelenskinin fevralın sonunda Rusiyanın Rostov bölgəsindəki hərbi konsentrasiyalarına pilotsuz təyyarələrlə zərbə endirməyi təklif etdiyi iddia edilir, çünki Ukraynanın o yerə çata biləcək uzaqmənzilli silahları yoxdur.

Hesabatda Ukrayna liderinin ələ keçirilən kommunikasiyaları yer alıb. Milli Təhlükəsizlik Agentliyi hesabatı "elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları" kimi təsnif edib.

Bu, ABŞ-ın Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etmək istəməməsi ilə bağlı açıq bəyanatlarını Kiyevin Rusiya daxilində zərbələr üçün istifadə edəcəyi qorxusu ilə izah edir. Amma Ukrayna bunun üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməyəcəyinə söz verib.




Paylaş:


Müəllif : Tarix:
10-04-2023, 16:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər