reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xəstə uşaqları olan valideynləri aldadıb pullarını aldı - Video

reklam

Xəstə uşaqları olan valideynləri aldadıb pullarını aldı - Video

















Talassemiya xəstəliyi olan uşaqların valideynlərindən övladlarını xaricdə müalicə etmək adı ilə külli miqdarda pul alaraq onları aldadıblar.

RegionXəbərləricom.az “Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddia ilə bir qrup valideyn çıxış edib.

Aldadıqlarını iddia edən valideynlərin sözlərinə görə, onlardan külli miqdarda pul alıb sonradan yoxa çıxan şəxs  "My Doc Tour" MMC-nin və " Urmedhelp" MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızı və Aynur Bayramovadır.

Zərərçəkmişlər arasında hətta şəhid övladı da var.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova də bu cür dələduzluq faktının olduğunu təsdiqləyir.

Türkiyəli hematoloq Prof. Dr. Mehmet Akif verdiyi açıqlamasında Aynur adında bir işçisinin olmadığını bildirib.

Aynur Bayramova ilə əlaqə saxlamaq cəhdi isə alınmayıb.

Valideynlərin Daxili İşlər Nazirliyinə müraciətindən sonra dələduzluqda ittiham edilənlərdən biri Nuridə Seyidova məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
10-04-2023, 23:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər