reklam
Regionxeberlericom.az » Cəmiyyət » İlkin Əhmədovdan Rövşanəyə ağır cavab: “Xanımsınız, yazıqsınız, gedin uşağınızı saxlayın...”

reklam

İlkin Əhmədovdan Rövşanəyə ağır cavab: “Xanımsınız, yazıqsınız, gedin uşağınızı saxlayın...”















“Mən nə edim, efirə gecikmişəm, nə cəzam varsa, dövlətimiz bir cəza kəssin gedim çəkim... Vallah, zarafat etmirəm. Amma bir xanıma canlı efirdə bu cür danışmaq yaraşmır, Rövşanə Ağasəfqızı bir xanım olaraq Azərbaycan qadınını təmsil edir, efirdə o cür danışmaq olarmı? O cür ətəklə, əl-qolla, əlini qoynuna qoyub efirdə belə danışmaq düzgün deyil, üzbəüz sözünü desə, nə isə, amma canlı efirdə belə danışmaq düzgün deyil Sonra da düşmən bu videolara baxır, deyir ki, Azərbaycan qadını budur. Belə danışmaq olmaz! Amma olub, keçib mən indi ona nə deyim?” 

Bu sözləri Yenisabah.az-a Əməkdar artist İlkin Əhmədov deyib. Bu səhər Rövşanə Ağasəfqızının efirinə gecikdiyi üçün aparıcı tərəfindən canlı efirdə sərt tənqid edilən xanəndə bunun doğru yanaşma olmadığını bildirib.

O, qeyd edib ki, efirə gecikməyinə səbəb paytaxt küçələrindəki tıxaclar olub:

“Efirə gecikməyimin səbəbi, vallah, tıxac idi. Bilirsiniz ki, xüsusilə həftənin iş günləri paytaxtın küçələrində dəhşətli tıxac olur. Ölkəmizdə mütəmadi tədbirlər keçirilir, üstəgəl indi “Formula-1” yarışları keçiriləcək deyə yollar bağlıdır. Mən yetim nə edim? Mənə dünən dedilər ki, səhər 8-də gəl, mən də dedim ki, 8-də gəlib efirə çatmağım mümkün deyil, Sulutəpədən gəlirəm, tıxaca düşürəm. Hansı yoldan gəlsəm tıxaca düşürəm. Prodüserə dedim ki, heç olmasa, 9-da gəlim, dedilər ki, yaxşı. Bütün mesajlar da qalıb. Səhər 8-də evdən çıxmışam, 9-a kimi tıxacda qalmışam. 10-a 25 dəqiqə işləmiş gəlib Rövşanə xanımın hüzuruna çatdım, o da məni hüzurundan qovdu, xaric etdi”. 

Sənətçi aparıcının canlı efirdə bu cür ifadələr işlətməsini doğru hesab etməyib:

“Mənim ona qarşı hər hansı kin-küdurətim yoxdur.  Axı o xanımdır, xanıma qarşı sayğısızlıq mənə yaraşmaz. Lakin bir məsələ var, Rövşanə xanım canlı efirdə bəzi şeylər danışdı ki, bu, olmaz. Məsələyə hüquqi qiymət verilər, üstünə düşərəm, ona problem yaranar. Efirdə deyir ki, İlkin Əhmədov xalqa sayğısızlıq edir. Bu söz pis anlamda dərin məna kəsb edir. Xalqın düşməni xalqa sayğısızlıq edər, onun sənətçisi yox. Mən xalqımdan ötrü canımı qurban verməyə hazıram, İkinci Qarabağ Müharibəsi zamanı da getdim, mütəmadi olaraq cəbhə xəttində əsgərlərimizə dəstək oldum, yanıma dəfələrlə mərmi belə düşdü, Allah saxladı sağ qaldım. Mən şəhidlərin heç birindən artıq deyiləm. Sadəcə efirdə “xalqa hörmətsizlik edir” demək doğru deyil, bu iş gedib məhkəməyə kimi çıxa bilər. Bizim hüquq-mühafizə orqanlarımız var, bu sözə görə adamı məhv edərlər. Xanımsınız, yazıqsınız, gedin, işinizlə məşğul olun, evinizdə yeməyinizi bişirin, çayınızı hazırlayın, uşağınızı saxlayın. Mənimlə nə işiniz var?! Hər bir halda, mən bu məsələləri çox ciddiyə almıram. Qalmaqal, mübahisə mənlik deyil, bu, mənim məsləkimə, xarakterimə  uyğun deyil. Kişi düşmənçiliyini düşmənlə aparar, xanımla yox. Bizim bir düşmənimiz var, onu da Ali Baş Komandanımızın köməkliyi ilə yerində oturtmuşuq. Belə kiçik məsələlərə görə bir-birimizi niyə qırmalıyıq? O ki, qaldı qarşındakı bir xanım ola. Mən durub xanıma nə deyim? Nə deyibsə, Allah canını sağ eləsin, yolunu açıq etsin, yazıqdır, başına başqa problemlər gəlməsin. Amma bircə “Xalqa sayğısızlıq edir” sözünə görə mən Rövşanə xanımı bağışlamaya bilərəm. Bu səhvini düzəltsin, bir də belə sözlər deməsin”. 

Xatırladaq ki, bu gün Əməkdar artist İlkin Əhmədov qonaq kimi iştirak etməli olduğu canlı yayıma 2 saat gec gəlib. Sənətçinin bu cür davranışı verilişin aparıcısı Rövşanə Ağasəfqızını özündən çıxarıb. O, canlı yayımda od püskürüb.  Xanəndə verilişin sonuna 10 dəqiqə qalmış gəlsə də, aparıcı onun efirə çıxmasına icazə verməyib. 




Paylaş:


Müəllif : Tarix:
11-04-2023, 16:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər