reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin sayı açıqlandı

reklam

Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin sayı açıqlandı
















Bu ilin üç ayında Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, hesabat dövründə qeydiyyat orqanlarında 557 vətəndaşın adının, ata adının və soyadının, dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, 2022-ci ildə 2300-dən artıq vətəndaşın adının, ata adının və soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.




Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 12:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər