reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bərdə sakinləri olmayan internetin pulunu ödəyirlər - VİDEO

reklam

Bərdə sakinləri olmayan internetin pulunu ödəyirlər - VİDEO


500-ə yaxın ailənin yaşadığı Bərdənin Gərənə kəndi  şəhər mərkəzindən 10 km məsafədə yerləşir. 

Telefon xətləri yararsız vəziyyətdə olan sakinlər internet xidmətindən də istifadə edə bilmirlər. Köhnə rabitə dirəkləri isə vəziyyətin nə qədər acınacaqlı olmasından xəbər verir.

Gərənə kəndində telefon və elektrik xətləri 90-cı illərdə çəkilib. Sakinlər iddia edirlər ki, onlar bir ildən artıqdır ki, internetdən istifadə edə bilmirlər. Amma hər ay vaxtında telefon və internet pulunu ödəyirlər.

Övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb internet paketləri alan sakinlərə bu, çox baha başa gəlir.

Kənd camaatı üzləşdikləri problemlə bağlı aidiyyəti qurumalara müraciət etdiklərini, amma bir nəticə olmadığını deyirlər.

Məsələ ilə bağlı “Aztelecom” MMC-nin nümayəndəsi Alidə Mustafayeva bildirib ki, bu kimi problemləri aradan qaldırmaq üçün respublikanın müxtəlif şəhər və rayonlarında yeni layihələr həyata keçirilir. Bərdə rayonunun Gərənə kəndində də plana uyğun olaraq GPON texnologiyasının tətbiqi ilə bağlı işlər görülür və ilin sonunadək müvafiq internet qoşulmalarının təmin edilməsi nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:




Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 17:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər