reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 15 aprel

reklam

Bürclər- 15 aprel












Qoç

Bu gün daxili dünyanız olduqca qarışıqdır. Lakin siz bu barədə heç kimə danışmaq istəmirsiniz. Bütün bunları necə idarə edəcəyiniz və necə qərar qəbul edəcəyini barədə narahatlıqlarınız var.

Hər şeyi öz içinizdə yaşadığınız zaman bu sizin üçün həddən artıq çətin ola bilər. Problemlərinizi heç kimə söyləmək məcburiyyətində deyilsiniz. Amma bu, özünüzü tamamilə təcrid etməyiniz demək deyil.  Özünüzü sevincdən məhrum etməyin.

Sakit olun. Bu zaman daha faydalı ideyalar düşünə bilərsiniz.

Buğa

Çox düşünürsünüz. Hətta o qədər düşünürsünüz ki, bu sizin hərəkətlərinizi məhdudlaşdırır.

Gələcəklə bağlı narahatlıqlar və potensialınızı tam həyata keçirməmək ehtimalı sizin üzərinizdə elə bir gücə malikdir ki, sağlam qərarlar qəbul etmək qabiliyyətinizə təsir edir. Sabahın sizə nə gətirəcəyini düşünməkdənsə, işinizə yarayacaq investisiyalar edin və ona söykənərək bir az dincəlməyə çalışın.

Siz maliyyə baxımından gözlədiyinizdən artıq vəsait əldə edə bilərsiniz.

Hazırda isə sizə bu laızmdır. Digər məsələlərəd gözləmə müddətindəsiniz və çalışın ki, bu barədə çox düşünməyəsəiniz.

Əkizlər

Bu gün sizə heç nə mənfi təsir göstərməyəcək. Nə insanlar, nə də faydasız tənqidlər ağlınıza zərər verəcək qədər güclü deyil. Bu perspektivlə əvvəllər çətin olacağını düşündüyünüz bir işi öhdəsinə götürmək üçün cəsarət tapmaq mümkündür.

İndi xəyallarınızı həyata keçirməyin zamanıdır. Çünki heç bir maneə sizin yolunuzdan saxlaya bilməz.

Uğur sizinlədir.  Siz problemləri böyük mübarizə ilə deyil, çətinlik çəkmədən həll edirsiniz.

Ətrafınızda, xüsusən də yaxın dostlarınızın həyatında baş verən bəzi hadisələr sizi də sevindirəcək.

Böyük bir yamacdan sonra düz getdiyiniz gündür!

Xərçəng

Bu gün sizin üçün ən vacib şey özünüzü təhlükəsiz hiss etməkdir.

Unutqan və yaxşı niyyətli insansınız. Buna görə də uzun müddətdir görmədiyiniz insanları və xatirələri əslində olduğundan daha yaxşı xatırlaya bilərsiniz. Bu illüziyanın sizi pis davranışlara sürükləməsinə imkan verməyin. İçinizdə gələcək qorxusu və qeyri-müəyyənlik var. Əlbəttə, nə ilə qarşılaşacağınızı bilmirsiniz.

Amma bu, yaşadıqlarınızdan və ağlınıza gələnlərdən daha yaxşı bir imkan olacaq.

Şir

Çətin hadisələr yaşadığınız və ürəyinizin qırıldığı bir həqiqətdir.

Ancaq bəsdir bu bəhanənin arxasında gizləndiniz.

Başqalarını sevindirmək üçün deyil, layiq olduğunuz həyata nail olmaq üçün edə biləcəyiniz şeylərə diqqət yetirməlisiniz. Ətrafınızdakı bəzi insanların sizi incidən və mane olan davranışlarını görməzlikdən gəlirsiniz.

Onların özbaşına dəyişməsini gözləyirsiniz, lakin bu, mümkün deyil.

Siz pis bir dairədəsiniz. Dönüb, dolanıb eyni yerə gəlirsiniz.  Hər dəfə eyni yerə gəlib, yenidən başlamağı dayandırmaq üçün  düşüncələrinizə, davranışlarınız diqqət edin. Siz əslində nə istəyirsiniz?

Qız

Bu gün həyatınızdakı səpələnmiş və nizamsız sahələri toplamağa nail olacaqsınız.

Yüngül bir stress səviyyəsi hərəkət etməyinizi asanlaşdırır. Özünüzdən başqa heç kimə etibar etmək fikrində deyilsinizsə, özünüzü hər cəhətdən formalaşdırmalısınız.

Alacağınız tədbirləri və edəcəyiniz sərmayələri təxirə saldıqca həm gələcəklə bağlı narahatlıqlarınızı, həm də uğursuzluq duyğunuzu artırırsınız.

Xoşbəxtlikdən, siz kifayət qədər açıq və dəyişməyə meylli olduğunuz bir dövrə qədəm qoyursunuz. Sizdə lazımi enerji və motivasiya var.

Həyatınızda sizin üçün ən vacib və əsas olan şeyləri dəyişdirməyə diqqət yetirin.

Tərəzi

Həyatınızın bəzi sahələrində dəyişiklik zərurətə çevrilə bilər. Eyni yoldan təkrar-təkrar istifadə edərək, başqa yerə çatmağa ümid edirsiniz. Əslində, vəziyyətin fərqindəsiniz, lakin bəzi emosional səbəblər sizi geridə saxlaya bilər. Özünüz üçün mənzərəli yolu deyil, sizi istədiyiniz yerə aparan yolu seçmək vaxtıdır. Bu, kiminləsə vidalaşmağı ehtiva edə bilər, lakin bu, həm də sizi özünüzlə yenidən tanış edəcək.

Gözəl sürprizlərlə dolu bir dönəmə qədəm qoyursunuz.

Başlanğıcda və ya bəzən hər şey istədiyiniz kimi getməyə bilər, amma nə qədər ki, sağsınız, hər şey yaxşı olacaq.

Əqrəb

Uzun müddətdir xəyal etdiyiniz və ya mübarizə apardığınız  sahə üzrə indi böyük irəliləyiş əldə edə və hətta bəhrəsini gör bilərsiniz.

Sizin sərf etdiyiniz bütün səy və vaxtın şahidi olmayanlar sizin sadəcə şanslı olduğunuzu düşünə bilər. Amma bunun nə əhəmiyyəti var?

Həyatınızdan kənarda olan insanların fikri uğurunuz üçün əhvalınızı pozmamalıdır. Enerjinizi belə qaranlıq insanlara və sadə, gəlirsiz işlərə sərf etməməyə çalışın. Bu gün bütün diqqətinizi xəyallarınıza və məqsədlərinizə yönəltməli olduğunuz gündür, çünki atdığınız bir addım sizi on addım irəli aparır.

Oxatan

Bu gün yaşadığınız və arxa planda baş verən bir çox şey sizi mənəvi mənada başqa bir vəziyyətə hazırlayır. Həyatınızda ilk baxışdan heç bir obyektiv dəyişiklik görə bilmirsiniz.

Ancaq zehniniz demək olar ki, yenidən qurulub. Daha güclü bir inamla bir çox şeyi daha yaxşı şərh edə və əhvalınızı yüksək saxlaya bilərsiniz. Bu gün bir az daha mülayim olun.

Hətta başqa vaxt yaşamaq istəmədiyiniz şeylər belə bir şansa layiqdir. Nəhayət istədiyinizi əldə edəcəksiniz.

Oğlaq

Bu gün təəssüf ki, bəzi neqativ faktlarla qarşılaşmalı ola bilərsiniz. Ətrafınızdakı bəzi insanların maska taxdıqlarını və özlərini olmadıqları biri kimi göstərərək sizdən sui-istifadə etdiyini görə bilərsiniz. Xoşbəxtlikdən, bu insanlar çox güman ki, həqiqətən yaxın olduğunuz dostlar deyil, məcburi münasibətdə olduğunuz qohumlar və ya iş yoldaşları olacaqlar. Çox təəccüblənməsəniz və duyğularınızla oynanmasa belə, belə insanlarla qarşılaşmaq sizi narahat edə bilər. Bu barədə haqlısınız. İndi bu insanlara qarşı məsuliyyətiniz azalıb və bir çox məsələlərdə daha sərbəst hərəkət edə bilərsiniz.

Dolça

Nə istədiyinizi bilirsiniz və ola bilsin ki, bu barədə bir az çox aqressiv davranırsınız. Karyeranızda və maliyyə məqsədlərinizdə bu böyük və tələsik addımlar işə yarayacaq. Ancaq yaxın ətrafınız şəxsi həyatınızla da əlaqəli məsələlərdə tələsməyin.

Ailənizi və sizin üçün xüsusi olan insanları maraqlandıran məsələlərdə bir az həssas olmağa çalışın. Edəcəyiniz işlər barədə qarşı tərəfə məlumat verin və onların rəyini öyrənin. Köçürülmə, xüsusən də səfər və ya yerdəyişmə ilə bağlı mövzular müzakirənin mərkəzi ola bilər və siz nəyin doğru olduğunu görməkdə çətinlik çəkə bilərsiniz. Bugünkü qarışıqlıqda qərar vermək yaxşı olmadığı  üçün bu məsələni gündəmdən çıxarmaq istəyə bilərsiniz.

Balıq

Bu gün bəzi ideyalarınızı geridə qoymağınız lazım ola bilər. Ola bilsin ki, həm sizi, həm də ailənizi xoşbəxt edəcəyinə inandığınız şey üçün çox səy göstərirsiniz. Lakin bunun baş vermə ehtimalı çox azdır.

Hər şeyi yoluna qoyacaq bir şeyə inanmaq yaxşı olsa da, faktlar üst-üstə düşmürsə, inkar sizi daha yaxşı yerə aparmayacaq. Daim orta yol tapmaq və özünüzü və xəyallarınızı müdafiə etmək məcburiyyətində qalmağınız sizi aqressiv edə və hətta öz istəklərinizdən şübhələnməyinizə səbəb ola bilər.

Bu əhval-ruhiyyədə qərar vermək məcburiyyətində deyilsiniz. Özünüzü yaxşı hiss edənə qədər qərar verməyin.  Həyat sizə gözlənilməz fürsətlər verəcək.




Paylaş:


Müəllif : Tarix:
15-04-2023, 00:09
Sikayət   


loading...
Загрузка...