Faktla bağlı araşdırma aparılır. Amin Nəzərli
“Mənim gənclik yaşım çoxdan keçib. Amma mən öz gənclik illərimi xatırlayanda, yadıma düşür ki, iki ildən bir, üç ildən bir qəzetlərdə tanınmış jurnalistlər, sənətkarlar bayağı mahnılara qarşı, mənəviyyatı ucuz olan ifaçılara qarşı həmişə bir müzakirə aparırdılar, fikirlər söyləyirdilər. Bu fikirlər müəyyən qədər onlara təsir edirdi. İctimai rəy kimi formalaşırdı, nəticəsi də olurdu ki, hansısa ifaçı öz repertuarının bərbadlığına görə 6 ay efirə buraxılmırdı. Çünki o zaman bədii şuralar var idi. Azərbaycan radiosu, televiziyası son dərəcə ciddi baxırdı bu işə. Bu gün bəzən eşidirik ki, filankəsi efirə buraxmırdılar, çünki bəstəkar diplomu yox idi. Bu belə deyildi. Həvəskar bəstəkarların əsərləri də radioda nümayiş etdirilirdi. Təki istedadlı adam olsun. Amma yazırdılar ki, həvəskar bəstəkardır. Daha bu günki kimi ağzını Allah yoluna qoyasan, necə-gəldi oxuyasan, olmazın sözləri deyəsən olmurdu. Artıq son illərdir ki, biz böyük təəssüf içərisində yaşayırıq. Xüsusilə mahnı janrında olan rüsvayçılıq baş alıb gedir”.
Bunu Xalq artisti, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov deyib.
“Mən bəstəkarlıq sənətinə gələndə müəyyən bazam var idi, o evdə formalaşmışdı. Evimizdə həmişə Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın valları var idi. Onların ifalarını uşaq vaxtında eşidirdim. Sonralar da içimdəki bu ifalar məni bəstəkarlıq sənətinə sövq etdi. Amma bu gün gənclərimizə çox heyfim gəlir. Onların qulağı o qədər zir-zibili qəbul edib ki, o qədər onlar layiq olmadıqları musiqiləri eşidib, canlarına hopdurublar ki, onlar sabah hansısa bir yaradıcılıqla məşğul olanda, yazdıqları da bu cür olacaq. Atalar sözü var, “Nə tökərsən aşına, o da çıxır qabağına”. Bu günki gənclərimizin artıq musiqi zövqü, tərbiyəsi pozulub. Bərbad vəziyyətdədir. Çətin ki, onların qulaq asdıqları musiqilərin içində nə Üzeyir Hacıbəyov, nə də ki, Rəşid Behbudov olsun. Halbuki milli musiqimizin təməlini qoyan, ucaldan onlar olub. Bu vəziyyət hələ uzun müddət davam edəcək” deyə bəstəkar deyib.
Xalq artisti bildirib ki, bu işdə televiziyaların da günahı var.
“Çıxış yolunu nədə görə bilərik? Artıq bədii şura yoxdur ki, efirə buraxanda onları yoxlasın. Müğənninin tanışı varsa, pulu ilə efiri əlinə alır, istədiyini də edir. Mən onları elə millətin xaini kimi tanıyıram. Əgər mənim millətimin mənəviyyatını pozanlar varsa, onlar da millətimin düşməni kimi tanınmalıdırlar. Çıxış yolu varmı? Hansı efir bu gün bədii şura yaradacaq? Və bədii şuraya həmin adamların əkizləri gəlib oturacaqlarsa, bəh-bəhlə birini tərifləyəcəklərsə, bu kimə lazımdır? Maşallah efirlərimiz çoxdur. Hamısında da sosial problemlər.
Bu nə əxlaqlardır? Bu nə pozuntulardır? Adam az qalır ki, öz əxlaqına şübhə etsin. Əxlaqsızlığı təbliğ etmək, onu qabartmaq nə deməkdir? Əksiklik hər millətdə, hər ölkədə var. Onların məqsədləri nədir ki, bunu qabardırlar? Bu artıq millətə qarşı təxribatdır. Mən bunu bu cür qəbul edirəm. Əvvəl heç olmasa köhnə sənətkarlarla görüş tipli verilişlər var idi. İndi vur çatlasın, çal oynasındır. Efirə gündə yeni simalar çıxır, hamısı da bir-birinə çox bənzəyirlər. Bəzən onları ayırmaq da olmur. İfa yox, səs yox, mədəniyyət yox. Bir məsəl var- “Ölünü də özbaşına qoymaq olmaz”. Bəlkə də kobud səsləndi. Əgər ölünü özbaşına qoymaq olmazsa, milləti tərbiyələndirən televiziyaları necə özbaşına qoymaq olar?! Kütləni zombiləşdiriblər. Zombiləri əldə saxlamaq üçün bayağı mahnılar onların kodudur. O mahnılar tez yadda qalır. Orada ağıl yox, məkr işləyir. 3 notun üstündə olan mahnıları yadda saxlamağa nə var ki? Buna da bir-iki axmaq söz qoyanda, millət dəli olacaq. Müğənnilər 5-10 manata görə nə rüsvayçılıq desən edərlər?” deyə Sərdar Fərəcov bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-04-2023, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər