Ağacları qanunsuz kəsənlər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Binəqədi rayonlarında, eyni zamanda Qəbələ və Şəmkir rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
Ağacların Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi 24 ünvanında Biləcəri bələdiyyəsi, Qəbələ rayonu, Çarxana kəndi ərazisində rayon sakinləri Yavər Mürsəlov və Kamal Zəkəryəyev, Şəmkir rayonu, Şəmkir-Qapanlı avtomobil yolunun sağ tərəfində isə Qapanlı kənd sakini Yusif İsmayılov tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - o bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2023, 15:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər