Hacı Əliyev finalda! - Yenilənib
Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
O, 70 kq çəki dərəcəsində əvvəlcə italiyalı Canluka Talamonu məğlub edib.
Daha sonra isə almaniyalı Kristofer Henkelidən üstün olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Həmçinin oxuyun: “Привет, Баку! Я скучала” - Наиля Аскер-заде
***
Hacı Əliyevdən sonra daha 3 güləşçimiz yarımfinala yüksəlib.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.
97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.
***
Hacı Əliyev yarımfinalda moldovalı Vasile Diakona 4:1 hesabıyla qalib gələrək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib.
***
Maqomedxan Maqomedov Macarıstanı təmsil edən Vladislav Baytsayevə 6:0 hesabıyla qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib.
Bundan başqa, ilk dəfə böyüklər arasında Avropa çempionatında iştirak edən Səbuhi Əmiraslanov yarımfinalda ukraynalı Vasili Mixaylova 2:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2023, 22:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər