reklam
Regionxeberlericom.az » Cəmiyyət » Anadangəlmə əlilliyi olan şəxsin pensiyası hansı səbəblə kəsilib? - Video

reklam

Anadangəlmə əlilliyi olan şəxsin pensiyası hansı səbəblə kəsilib? - Video

















Şəmkirdə anadangəlmə əqli gerilik diaqnozu ilə doğulan gəncin əlillik pensiyası 3 ilə yaxındır ki, kəsilib.

RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Mirağa Musayev 2005-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 4 yaşı olanda hələ danışa bilmirmiş. Bundan sonra ailəsi uşağın sağlamlığında problem olduğunu anlayıb. Həkim müayinələrindən sonra Mirağaya əqli gerilik diaqnozu qoyulub və 6 yaşından etibarən pensiya təyin olunub, 15 yaşında isə təkrar yoxlama üçün dayandırılıb. Bundan sonra ailə sənədləri yenidən toplayıb və Mirağa Gəncə Psixiatriya Xəstəxanasında 2 dəfə müalicə kursu keçib.

Müalicədən sonra Mirağanın məlumatları sistemə daxil edilib, ancaq pensiya təminatı tələbindən imtina olunub. Bundan sonra onlar paytaxtdakı digər ixtisaslaşmış tibb ocağına üz tutublar.

Anasının sözlərinə görə, pensiya ala bilmədiklərindən Mirağanın müalicəsi zamanı çətinlik çəkirlər.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, tibb müəssisəsi tərəfindən Mirağa Musayevlə bağlı elektron sistemə daxil edilmiş göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. Göndərişdə vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilmədiyinə görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Mirağa Musayev mayın 2-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunacaq və bunun əsasında əlilliyinin qiymətləndirilməsi aparılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
18-04-2023, 00:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər