reklam
Regionxeberlericom.az » Cəmiyyət » KİV polisin "İran casusları"nı saxladığını yazır - DİN-də isə bu barədə məlumat yoxdur

reklam

KİV polisin "İran casusları"nı saxladığını yazır - DİN-də isə bu barədə məlumat yoxdur

















Azərbaycanda “din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qrup şəxsin” həbs edilməsi barədə yerli KİV-də məlumat yayılıb.

RegionXəbərləricom.az xəbər verir ki, “Qafqazinfo” Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilməsi barədə məlumat əldə etdiyini yazıb. Bildirilir ki, əməliyyat zamanı 20-ə yaxın şəxs saxlanılıb.

Saytın yaydığı məlumatda qeyd olunur ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər.

Qeyd olunur ki, din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Lakin maraqlıdır ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən açıqlamda, bu barədə onlarda məlumatın olmadığı bildirilib.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Daxili İşlər Nazirliyi əməkdaşlarının “İran casusları”na qarşı əməliyyatlar keçirməsi və bir neçə nəfərin saxlanılması ilə bağlı xəbərlər dərc olunsa da, DİN bu barədə onlarda məlumatın olmadığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
18-04-2023, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər