reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistan qadınlar hərbi xidmət keçə bilər – 4500 AZN ödənişlə

reklam

Ermənistan qadınlar hərbi xidmət keçə bilər – 4500 AZN ödənişlə

















Ermənistan Müdafiə Nazirliyi “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsini təklif edib.

Bunun nəticəsində Ermənistan vətəndaşları olan qadınlara məcburi hərbi xidmət hüququ veriləcək, lakin könüllülük əsasında.

Layihəni təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət müddəti müəyyən ediləcək.

Həmçinin qadınların çağırış gününə qədər xidmətdən imtina etmək hüququ olacaq. 6 aydan sonra tərxisetmə zamanı qadınlar 1 milyon dram (təxminən 4500 AZN) fəxri ödəniş alacaqlar.

“İlk baxışda görünə bilər ki, bu, qeyri-peşəkar orduya yönəlmiş addımdır. Amma biz peşəkar ordudan danışırıq, çünki deyirik ki, qadınlar könüllü olaraq hərbi xidmətə çağırıla və 6 aylıq məcburi xidmət keçə bilərlər. Bu 6 aylıq xidmət hərbi hissədə gəzinti olmayacaq. Normal hərbi xidmət olacaq”, - Papikyan deyib.

Müzakirələrdən sonra hökumət layihəni təsdiqləyib. Layihə yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim olunacaq.




Paylaş:


Müəllif : Tarix:
21-04-2023, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər