reklam
Regionxeberlericom.az » Cəmiyyət » Beyin qanaması keçirən Pərvin: “İki universitet bitirmişəm, indi qələm tuta bilmirəm” – Video

reklam

Beyin qanaması keçirən Pərvin: “İki universitet bitirmişəm, indi qələm tuta bilmirəm” – Video

















“Mən Pərvin Həbibi, 2018-ci ildə keçirdiyim beyin qanaması ve onun fəsadlarından hələ də əziyyət çəkirəm. Sol gözüm görmür, üzümün sol tərəfi hərəkətsiz qalır, sağ tərəfimi, ümumiyyətlə, hiss etmirəm, müvazinətimi saxlayıb yeriyə bilmirəm”.

Bunu P.Həbibi xəstəliyi ilə bağlı feysbuk profilində etdiyi paylaşımında yazıb.

O bildirib ki, bütün bunların həlli fizioterapiya ve əməliyyatla mümkündür:

“Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirmişəm. Bakı Dövlət Universitetində magistratura pilləsində təhsil almışam. İndi bir qələm belə tutub yazı yaza bilmirəm.  Bu xəstəliyin müalicəsi uzun çəkir ve çox bahadır. Dostlarımın və ictimaiyyətin dəstəyi sayəsində 11 ay Türkiyədə fizioterapiya olmuşam, ancaq maddi çatışmazlıqdan geri qayıtmışam. Müalicəm yarımçıq qalıb. İndi müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə getmək istəyirəm. Həkimlərin dediyinə görə, bir çox insanda sadəcə beş ilə qədər inkişaf olur. Çox nadir insanlarda bu müddət uzana bilir. Mənim də beş ilimi tamamlağıma sadəcə bir neçə ay qalıb. Yəni zaman mənim əleyhimə işləyir. Nə qədər gec yarımçıq qalan müalicəyə başlasam, müalicə dövrü bir o qədər uzanacaq. Bu mənim həyat mübarizəmdir. Mən inanıram ki, məni tanıyan və tanımayan hər kəs mənim öz həyatıma geri dönməyim üçün əlindən gələn hər şeyi edəcək. Özüm üçün çox darıxmışam. Ona görə istəyirəm ki, mənə çox tez bir zamanda dəstək olasınız”.

O, paylaşımında dəstək olmaq üçün bank məlumatlarını da qeyd edib.

Kapital Bank: 4169 7387 2615 9365 / FIDAN FARZALIYEVA

Beynəlxalq Bank: 4127 2093 0423 6182 / FIDAN FARZALIYEVA




Paylaş:


Müəllif : Tarix:
21-04-2023, 12:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər