reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 22 aprel

reklam

Bürclər- 22 aprel












Qoç

Göylər bu gün sizə yeni imkanların gələcəyini deyirş Fikrinizi toplayın və qısa zamanda sizə təqdim olunan şansdan yararlanmağa çalışın. Şəxsi həyatı qyadasında olan, gözəl bir münasibət yaşayan Qoç, gərəksiz qısqanclıq edərək dincliyini pozmaq istəyən insanlara fürsət verməməlidir.

Ulduzlar deyir ki,  bu gün inadkarlıq göstərməyin. Gün ərzində mənəvi enerjinizi dua və ya meditasiya ilə tarazlaşdırmalı və ikili müzakirələrdən uzaq durmağa çalışmalısınız.

Buğa 

Bu gün işinizə hər zamankindən daha çox əhəmiyyət verin. Sürpriz təkliflər ala və əməkdaşlıqda olmaq üçün maliyyə şansları əldə edə bilərsiniz.

Amma təəssüf ki,  təklifləri ağılla qiymətləndirə bilməyəcəksiniz. Şəxsi həyatınızda xoş inkişaflar xoşbəxtliyinizə xoşbəxtlik qatacaq. Subay Buğalar, uzun müddətdir gözlədiyiniz evlilik təklifini bu gün ala (verə) bilərsiniz...

Əkizlər

Ulduzlar bu gün işinizlə bağlı məsələlərdə çox diqqətli olmağı xəbərdar edir. Qəzəb anında səhv qərarlar verə bilərsiniz. Həmkarlarınızın impulsiv davranışlarına eyni şəkildə reaksiya verməməli, ailə üzvlərinizlə münasibətlərinizə əhəmiyyət verərək hərəkət etməlisiniz. Bu gün özünüzü kifayət qədər əsəbi və narahat hiss edə bilərsiniz.

Şəxsi həyatınızda həyat yoldaşınızı və ya sevgilinizi anlamağa çalışaraq hərəkət etməli və ürəyinizi parçalayacaq davranışlar sərgiləməkdən çəkinməlisiniz.

Xərçəng

Ulduzlar bu gün sizi xəbərdar edir ki, ətrafınızda baş verən neqativlərdən uzaq olmalı və mümkün qədər baş verənlərə fikir bildirməməlisiniz.

Bu gün ruhunuzu dincəltmək üçün həmişəkindən daha çox tək qalmağınıza ehtiyacınız var.

Çölə çıxın, təmiz hava alın və özünüzə vaxt ayırın. Bu sayədə mənfi enerjilərin sizə təsir etməsinə icazə verməyəcəksiniz və daxili rahatlığınızıəldə edə biləcəksiniz.

Şəxsi həyatınızda yaxınlarınızın münasibətinizlə bağlı xəbərdarlığına həssas yanaşmalı və vacib qərarlarınızı ən qısa zamanda qəbul edib həyata keçirməyə başlamalısınız.

Şir

Bu gün səma bütün işığını üzərinizə əks etdirir, hər sözünüz, hər hərəkətiniz təqdir olunacaq və iş həyatınızda istədiyinizi əldə etməyin rahatlığını yaşaya biləcəksiniz. Əgər artım istəyirsənsə, bu gün şansını sınamalısan.

Sahib olduğunuz müsbət enerji, iş həyatınızda maddi baxımdan daha çox qazana biləcəyiniz inkişaflara səbəb ola bilər.

Şəxsi həyatınızda keçmişdən bir insan yenidən qarşınıza çıxıb həyatınıza qatılmaq üçün israrlı davrana bilər.

Bundan bir anlıq təsirlənsəniz belə, niyə ayrıldığınızı ağlınıza gətirərək, qərar vermədən əvvəl bir daha düşünün. Bu proses sizə yeniliklər gətirsə də, bütün köhnə düşüncələrinizdən və keçmişdəki insanlardan tamamilə uzaqlaşmalısınız.

Qız

Bu gün zehni enerjiniz çox yüksəkdir.

İşinizlə bağlı heç nə sizi yormayacaq. Bu gün təmasda olacağınız insanlarla fikir mübadiləsi apara, vacib məlumatları öyrənə bilərsiniz. Siz etməyi planlaşdırdığınız, lakin həmişə təxirə saldığınız bir təlim proqramında iştirak etmək və ya nümayiş etdirməkdə tərəddüd etdiyiniz bir bacarığınızı təkmilləşdirə biləcəyiniz kurslara qatılmaq üçün çox uyğun bir prosesdəsiniz.

Şəxsi həyatınızda emosional davranaraq, birlikdə olduğunuz insanın dediklərindən fərqli mənalar çıxararaq, boş yerə əsəbi davrana bilərsiniz.

Tərəzi

Bu gün iş yoldaşlarınıza münasibətiniz çox önəmlidir. Qıcıqlanma və aqressiv davranışlar nümayiş etdirərək, onları əsəbləşdirə bilərsiniz. Özünüzü nəzarətdə saxlayın.

İşlər planlaşdırdığınız qədər sürətlə getmədiyi üçün bu, sizi gərgin əhval-ruhiyyəyə sürükləyir.

Ancaq hirsinizi sizə əhəmiyyət verən insanlardan çıxarmamağı öyrənməlisiniz. Bu gün maliyyə məsələlərində alacağınız qərarlarda israrlı olmamalısınız. Münasibətinizə cavab olaraq əsassız inadkarlıqla qarşılaşa və bununla bağlı problemlər yaşaya bilərsiniz. Dinc olmaq və axınla ayaqlaşmaq istəklərinizə çatmağınıza səbəb olacaq.

Mənfi düşüncələrinizdən ən qısa zamanda uzaqlaşın və işinizə hər zamankindən daha çox əhəmiyyət verin. Həyat yoldaşınız və ya sevgilinizlə daha çox vaxt keçirməli, onu maraqlandıran fəaliyyətlər hazırlayaraq münasibətinizi canlandırmalısınız.

Əqrəb

Bu gün eqoist davranışlardan, haqlı olduğunu düşünərək hərəkət etməkdən və bunu sübut etmək üçün aqressiv rəftarlardan uzaq durmalısınız.

İntuisiyalarınızı dinləyin.

İçinizdə yüksələn üsyan hissinin sizə mənfi təsirlər gətirəcəyinin fərqində olun. Bu hissin sizə olduğunuzdan fərqli davranmağınıza imkan verməyin. Şəxsi həyatınızda anlaşılmazlıqlar gətirən çətinliklərlə qarşılaşa bilərsiniz. Sözlərinizi düzgün seçdiyinizə əmin olun.

Oxatan

Ulduzlar deyir ki,  bu gün şüurunuzun kifayət qədər yüksək olduğu bir gündəsiniz. Daha əvvəl fərqində olmadığınız bir çox təfərrüatları fərq edə bilər və bunları düşünərək şüur səviyyənizi yüksəltmək üçün işə başlaya bilərsiniz.

Dəyərlərinizə daha çox diqqət yetirəcəyiniz və özünüzə əvvəlkindən daha çox dəyər verməyə başlayacağınız gündəsiniz.

Həyatınızdakı tarazlıqlar dəyişməyə başladıqca istəklərinizi açıq şəkildə ortaya qoyacaq və marşrutunuzu təyin edərək hərəkət edəcəksiniz.

Oğlaq

Ulduzlar  həyatınızdakı mənfi hadisələrdən qaçmadan içində olduğunuz neqativlərlə necə mübarizə aparacağınızı müəyyən etmək üçün sizə dəstək olur.

Bu, həyat küləyinin istiqamətini müəyyən etmək və çətinlikləri dəf etmək üçün vacibdir.

Ulduzlar bu mövzuda bütün müsbət enerjiləri ilə sizi dəstəkləyir.  Bu şansdan yararlanın. Sən nə istədiyini, nə edə biləcəyini bilir, istədiyin istiqamətdə yolunu müəyyən edə bilirsən.  Şəxsi həyatınızda həyat yoldaşınıza və ya sevgilinizə qarşı daha anlayışlı olmalısınız.

Onun sizə olan sevgisinin münasibətinizdə nə qədər əhəmiyyətli olduğunu bir daha düşünməlisiniz.

Dolça 

Ulduzlar  bu gün çox çətin, cəsarətli, qətiyyətli və istəkli əhval-ruhiyyədə olacağınızdan xəbər verir. Təcrübələriniz, arzularınız və məqsədləriniz üçün tam məsuliyyəti öz üzərinizə götürərək, yeni planlar quracaqsınız.

Hadisələr istədiyiniz sürətlə getməsə belə, nə edəcəyinizi müəyyən etdikdən sonra, çox sevinəcək və özünüzə inamınızı və hörmətinizi daha da gücləndirəcəksiniz. Şəxsi həyatınızda uzun müddətdir ki,  təksiniz.

Özünüzü sevgidən uzaq tutmayın. Qarşı cinsin sizə yaxınlaşmasına icazə verməlisiniz.

Balıq

Karyera və iş həyatınızla bağlı mövzularda özünüzə inamınızı gücləndirəcək, hədəflərinizə doğru sürətlə irəliləyəcəksiniz.

Bu prosesdə səyləriniz öz bəhrəsini verməyə başlayacaq və qazanclarınızı rasional olaraq qiymətləndirə biləcəksiniz.

Fikirlərinizi aydın şəkildə təqdim etməli və işlədiyiniz insanların dəstəyi ilə tez nəticə əldə etmək üçün təşəbbüs göstərməlisiniz. Şəxsi həyatınızda həmişəkindən daha şanslısınız. Sizi narahat edən bütün hadisələrdən uzaqlaşaraq mühüm qərarlar verə və yeni başlanğıclar edə bilərsiniz.




Paylaş:


Müəllif : Tarix:
21-04-2023, 23:30
Sikayət   


loading...
Загрузка...