reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağstafadakı partlayışla bağlı cinayət işi açıldı

reklam

Ağstafadakı partlayışla bağlı cinayət işi açıldı
















Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Ağstafa rayon prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq aparılır.





Paylaş:


Müəllif : Tarix:
23-04-2023, 00:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər