reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şumaxerin saxta müsahibəsini dərc edən baş redaktor işdən qovuldu

reklam

Şumaxerin saxta müsahibəsini dərc edən baş redaktor işdən qovuldu













Almaniyanın "Die Aktuelle" jurnalının baş redaktoru Anne Hoffman tutduğu vəzifədən qovulub.

Anne Hoffman jurnalda yeddiqat "Formula 1" çempionu Mixael Şumaxerin müsahibəsini dərc edib. Daha sonra məlum olub ki, bu müsahibə süni intellektin yaratdığı müsahibə olub. 

Jurnal isə bunu daha əvvəl ciddi kəllə-beyin travması keçirdikdən sonra 2013-cü ildən ictimaiyyət qarşısına çıxmayan Şumaxerlə eksklüziv müsahibə kimi təqdim edib. Şumaxer ailəsinin nümayəndəsi yarışçının yaxınlarının məhkəmə iddiası hazırlamaq niyyətini açıqlayıb.

"Mixael Şumaxerin ailəsindən üzr istəyirik. Bu yanıltıcı məqalə heç vaxt çıxmamalı idi. Bu, heç bir halda bizim və oxucularımızın gözlədiyi jurnalistika standartlarına cavab vermir. Bu məqalənin dərci nəticəsində Anne Hoffman "Die Aktuelle"nin baş redaktoru vəzifəsindən azad edilib”, - deyə jurnal rəhbərliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 29 dekabr 2013-cü ildə Şumaxer Fransanın Meribel şəhərində xizək sürərkən yıxılaraq ağır xəsarət alıb. Yarışçı beynin hər iki yarımkürəsinin çoxsaylı zədələri ilə kəllə-beyin travması alıb və uzun müddət komada olub. 2018-ci ilin dekabrında Şumaxerin artıq yataq xəstəsi olmadığı və süni nəfəs aparatına ehtiyacı olmadığı bildirildi. 2019-cu ilin sentyabrında idmançının gizli şəkildə Paris klinikalarından birində yatdığı və orada kök hüceyrə müalicəsi aldığı bildirildi. 2020-ci ilin iyun ayında mətbuatda Şumaxerin yeni kök hüceyrə transplantasiyası əməliyyatı olacağı xəbəri yayılmışdı.




Paylaş:


Müəllif : Tarix:
23-04-2023, 10:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər