Azərbaycanda bu partiya fəaliyyətini dayandırdı
Aprelin 17-də Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb.
Məlumatı Meydan TV-yə partiyanın sədri Qulamhüseyn Əlibəyli verib.
Q. Əlibəyli qurultayın hansı səbəblərdən belə bir qərar verməsi haqda suala konkret cavab verməyib:
“Qurultay üzvləri xahiş etdi ki, mediada qərarın səbəbləri barədə geniş izahata ehtiyac görülməsin”.
O, “Siyasi partiyalar haqqında” Qanuna və partiyanın nizamnaməsinə uygun olaraq, Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edildiyi barədə qərar qəbul olunduğunu bildirib.
Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub, bir il sonra Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Partiyanın sədri Qulamhüseyn Əlibəyli idi.
Son iki həftədə Azərbaycan Liberal Demokrat, Müstəqil Xalq, Azərbaycan Milli Demokrat, Yeni Yol partiyaları fəaliyyətlərini dayandırıb.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2023, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər