Rusiyadan Laçında quraşdırılan nəzarət-buraxılış məntəqəsinə - İlk reaksiya
“Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Rusiya Federasiyasının əlavə vasitəçilik səylərini tələb edir. Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında mübahisəsiz qalan üçtərəfli sazişlərin həyata keçirilməsini təşviq etməyə davam edəcək”.
Bu sözləri Azərbaycan sərhədçilərinin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmasına münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya vasitəçilik səylərini, əsasən iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını həyata keçirmək səylərini davam etdirir. Rusiya bu istiqamətdə İrəvan və Bakı ilə birgə işləməyə davam edəcək. Biz təmasları davam etdiririk", - Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2023, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər