reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazaxıstanın keçmiş baş nazirinə 18 il iş verildi

reklam

Qazaxıstanın keçmiş baş nazirinə 18 il iş verildi

















Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Astana məhkəməsinin mətbuat mərkəzi məlumat yayıb.

Hökm aprelin 24-də Qazaxıstan paytaxtının cinayət işləri üzrə ixtisaslaşmış rayonlararası məhkəməsində elan edilib. İş “Tam məxfi” yarlığı altında araşdırılıb.

Kərim Məsimov dövlətə xəyanətdə (Qazaxıstan Cinayət Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsi), hakimiyyəti zorla mənimsəmədə (179-cu maddənin 3-cü hissəsi), habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə (Qazaxıstan Cinayət Məcəlləsinin 362-ci hissəsi) təqsirli bilinir.

"Məsimov ömürlük dövlət qulluğu vəzifəsi tutma hüququndan məhrum edilərək 18 il müddətinə azadlıqdan məhrum edilib ", - məhkəmənin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Kərim Məsimov ölkənin ən nüfuzlu adamlarından biri hesab olunurdu və keçmiş prezident Nursultan Nazarbayevin yaxın dostlarından biri idi. O, müxtəlif illərdə Qazaxıstan Respublikasının Baş naziri, Qazaxıstan Prezidentinin Aparatının rəhbəri, Qazaxıstan Prezidentinin köməkçisi vəzifələrində çalışıb.

Məsimov ötən ilin yanvarında ölkədə baş verən iğtişaşlardan sonra həbs edilib. Bir neçə gün əvvəl o, 2016-cı ilin sentyabrından tutduğu Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən də azad edilib.




Paylaş:


Müəllif : Tarix:
24-04-2023, 19:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər